MİLLİ MƏDƏNİYYƏTİMİZDƏ MƏŞHUR FƏTULLAYEVLƏR NƏSLİ

Şübhəsiz ki, yaşından asılıolmayaraq bizim çoxumuz "Ögeyana" filminə dəfələrləbaxmışıq. Tənqidçi-alim Vaqif Yusiflinintəbirincə desək, bu, yeganə filmdir ki,baxmaq istədikcə baxırsan... Bəs bufilimdə İsmayılın atası Arif rolunu çanlandıran aktyor Fateh Fətullayev əslənharalı olub? Onu da qeyd edim ki, milli mədəniyyətimizininkişafında Fətullayevlərin böyükxidmətləri var. Ona görə özümə mənəvi borc bildimki, xalq artisti Hökümə xanım Qurbanovanın gəliniolduğu bu sülalə barədəbildiklərimi oxuculara təqdim edim.
Fatehin atası
Mirzə Möhsün Fətullazadə(1885-1936) Masallının axarlı - baxarlı, saf çeşməli silsilə bulaqları, adlı-sanlı alimləri vəidmançıları ilə şöhrət qazanan Ərkivanda dünyaya göz açmışdı. Bir müddət Lənkərandayaşayandan sonra, 1920-ci ildə Bakıya köçmüşdü. Mirzə Möhsünün ailəsində Fatehlə bərabər boya-başa çatan digər üç oğlunun - Nüsrət, Şəmsəddin vəNurəddin, eləcə də nəvəsi Hafiz Fətullayevin adı bu gün Azərbaycanın görkəmlisimalarının cərgəsində çəkilir:
Fateh Fətullayevin (1909-1986) əsladı Fətulla olub. Ancaq görkəmli ədibimizHüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. Fateh Fətullayevrespublikanın əməkdar artisti, teatr və kinio aktyoru idi. Məşhur "Ögeyana" filmində onun ata - Arif rolunu, "Bir məhəlləli ikioğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarını xatırlamaqkifayətdir...
Mirzə Möhsünün ikinci oğlu NüsrətFətullayev (1913-1987) milli teatr rəssamlığının inkişafında və formalaşmasındaböyük xidmətlər göstərib. Lənkərandadünyaya göz açan Nüsrət Fətullayev Bakı Rəssamlıq Məktəbində təhsil alıb(1930-1934). Kino sənətinin sönməz ulduzlarından olan Rejissor Yusif Yulduzun1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31- 43"("Eskadranın məhvi") dramının tamaşası ilə ?kademik Milli DramTeatrında ilk işinə başlayıb. "Eskadranın məhvi" tamaşasının bədii tərtibatınagörə Sidqi Ruhulla demişdir: - "O, (yəni - Nüsrət Fətullayev-N.Ə) bu işiyüksək professinallıqla qurmuşdur". 1938-ci ildə Nüsrət teatrın baş rəssamıvəzifəsinə təyin olunur. Sənət dünyasındakı xidmətlərinə görə respublikanın əməkdarincəsənət xadimi (4 may 1940) və xalq rəssamı (21 iyul 1949) fəxri adlarınalayiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasına görə1948-ci ildə Stalin mükafatına, lyas Əfəndiyevin "Mahnı dağlardaqaldı" dramının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatınalayiq görülüb. Nüsrət Fətullayev 1oktyabr 1987-ci ildə Bakıda vəfat edib. Aktrisa Hökümə Qurbanovanın həyatyoldaşı və aktrisa Vəfa Fətullayevanın atasıdır (Hökümə Qurbanova bəstəkarMüslüm Maqomayevin bacısı Malikat xanımın qızı idi. Deyilənə görə, Hökumə xanımRəsul Rzanın "Vəfa" pyesində baş rol olan Vəfanı oynayırmış. Obrazaktrisanın o qədər xoşuna gəlib ki, həmkarları arasında deyibmiş ki, qızımolsa, adını Vəfa qoyacam!.).
Mirzə Möhsünün üçüncü oğlu ŞəmsəddinFətullayev (1913-1975) konservatoriyada təhsil almışdı . Bir müddət Hüseyn Ərəblinskiadına Sumqayıt Dövlət Dram Teatrının musiqimusiqi hissə müdiri, Musiqili Komediya teatrında baş drijor işləmişdi. Bəstəkarlarİttifaqının üzvü idi. "Dərviş Məstəli şah", "İki ağanın bir nökəri"tamaşalarının müsiqi tərtibatçısı olmuşdur.
Dördüncü oğlu Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlarİttifaqının üzvü idi. Qardaşı Şəmsəddindənsonra uzun müddət Akedemik Milli Teatrda müsiqi hissə müdiri işləyib."Atayevlər ailəsi" (Azərbaycan radiosu) əsərində musiqi tərtibatçısıolmuşdur.
Hafiz Fətullayev Nurəddininoğludur. 24 fevral 1944-cü ildə Bakıdadünyaya gəlib. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakultəsinibitirdikdən sonra (1970) uzun müddət Akademik Milli Dram Teatrında işləyib.Sonra Azərbaycan Dövlət Dram Teatrında, 1977-1990-cı illərdə Azərbaycan DövlətTeleviziyasında fəaliyyət göstərib. "Dostluq merdianı", "Məhəbbət,məhəbbət" kimi ədəbi-bədii verilişlərin müəllifi olub.
Bir müddət Lider TV-də çalışmışdı
1991-ci ildən özünün yaratdığı"Rimur" müstəqil kinokompaniyasına rəhbərlik etmşdi. "Birigetdi, qaldı üçü" (Quruluşçu rejissor) "Fatehlərin divanı" nda(1997) Cəlair oğlu Əhməd bəy, "Mücrü" (1973)" filmində atarollarında oynayıb. "Müqəddəs oda yanaram" (1991. G.Əzimzadə ilə birgəquruluşçu rejissor) filminin ssenari müəllifi, "Qırmızı Qatar" (1993)filminin rejissorudur. Respublika Kinemotoqrafçılar İttifaqının üzvü idi.
Əmisi qızı aktirisa VəfaFətullayevanın adını öz qızınaqoyan Hafiz Fətullayev çox təəssüf ki, uzun sürən xəstəliyi zamanı qürurunasığışdırıb müalicə üçün heç bir quruma ağız açmadı. Hafiz Fətullayev ömrününson günləri sənət doslarından yalnız xalq artisti Şəfiqə xanım Məmmədovanınonunla maraqlandığını dilə gətirmişdi!..Onun cənazəsi 2015-ci ildə, yanvarın 20- də Maştağa qəbristanlığında torpağa tapşırıldı.
Ramiz Fətullayev (Hafiz Fətullayevinqardaşı) Moskvada Ümumittifaq (hazırda Ümumrusiya) Dövlət Kinematoqrafiyaİnstitutunu bitirib. İndi İsraildə yaşayır, "SVR" adlı studiyanın rəhbəridir.
Fətullayevlərdən söz düşmüşkən,
bu nəslin dünyasını dəyişmişnümayəndələri haqqında görkəmli tənqidçi-alim Vaqif Yusiflinin ürək ağrısı iləqələmə aldığı "Bir ağacın altı budağı" adlı oçerkdən nümunə gətirməkistərdim. Oçerk belə bir kövrək misralarla başlayır: "Nəslin yarpaqtökümü" belə başlandı: əvvəlcə dördüncü - ən kiçik qardaş Nurəddin vəfatetdi (1973). 1975-ci ildə Şəmsəddin bu işıqlı dünyaya vida dedi. Sonra böyükqardaş Fateh ömür karvanını başa çatdırdı (1986). İkinci qardaş Nüsrət, bəlkə də,bir az çox yaşayardı, amma gözünün ağı-qarası olan qızı Vəfanın ölümü (1987)belini qırdı, qızının dünyadan nakam getməsi Nüsrəti də həmin il dünyadanapardı. Nüsrət, Fateh, Şəmsəddin və Nurəddin Fətullayevlər... Bir zamanlar Azərbaycansəhnəsinin aparıcı siması olmuş bu ərkivanlı qardaşlar əsl istedad sahibləriidilər... Nüsrəti, Fatehi təkcə Azərbaycanda deyil, Şərq ölkələrində vədünyanın bir sıra ölkələrində də tanıyırlar. Nüsrəti Səməd Vurğun demişkən, rəsmdünyasının qüdsiyyətinə görə, Fatehi isə "Ögey ana" filmindəkiİsmayılın atası Arif roluna görə. Yeganə filmdir ki, baxmaq istədikcə baxırsan.
Baxırsan, kövrəlirsən,yanırsan, yaxılırsan, sonda uşaq kimi sevinirsən. Tamaşaçını belə haldan-halasalan Fateh Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə) qeyri-adi oyun tərzləridir.Bu qüdrətli ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən təlqin olunanhalətlər isə tamaşaçını ekrana daha yaxın oturmağa vadar edir. Balaca İsmayılın(Ceyhun Mirzəyevin) dəcəlliyi də, şətəlliyi də, pintiliyi də, dərslərindın geriqalması da, yoldaşlarına, xüsusilə bacısına amansız olması da, valideynlərininsözünə məsuliyyətsiz yanaşması da Fateh Fətullayev və Nəcibə Məlikovacütlüyünün ifa maneralarının qüdrətindən yaranan bədii məntiqin fonundatamaşaçıların içini göynədir, onları mütəəssir edir...
Vaqif Yusifli Nüsrət Fətullayevibelə səciyyələndirir: "...Azərbaycan teatr rəssamlarının yaradıcılarındanbiridir. Bir müddət Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub(1943-1945). 1935-ci ildən ömrünün axırına kimi Akademik Dram Teatrında tərtibatçı-rəssam,sonra isə rəssam işləyib. Rəssamlığa uşaqlıqdan həvəsi varmış. Ancaq atasındangizli saxlayırmış bu meylini. Nəhayət, anasına bu barədə söhbət açır, Kübraxanım da ərinə deyir. Teatrda istedadlı rejissor Yusif Yulduzun"Eksadranın məhvi" tamaşası gedirmiş, bu tamaşanın rəssamı N. Fətullayevidi. Kişini bir təhər teatra aparırlar.
Əslində o, etiraz etməmişdi,demişdi ki, əgər Nüsrətin bu sənətə meyli varsa, getsin, amma yarımçığındanolmasın. Teatrdan qayıdırlar, kişi içəri keçir. Qapı ağzında dayanan qardaşlarintizarla onun qərarını gözləyirmişlər. Nəhayət, Kübra xanım onları içəriçağırır. Ağa (qardaşlar onu belə çağırırmış) kürsüdə oturmuşdu. İçəri girəndə başını razılıqla tərpədir və bu nəinki Nüsrətin,o biri qardaşların da taleyini həll edir...".
Vaqif Yusiflinin rəvan və şirindili Nüsrət kimi bir düha sahibini həm də bir şəxsiyyət kimi oxucuya bağlayır.
Xüsusilə
Adil İsgəndərovla, SəmədVurğunla Nüsrət Fərzullayevin dostluğu barədə deyilənlər onunla bağlı tədqiqataparmaq barədə düşünənlərə gəl-gəl deyir.
Çünki Nüsrət Fətullayevlə Adilİsgəndərov kimi səhnə və kino korifeyi ilə dostluğunu əks etdirən fəsil tədqiqatmaterialının çox maraqlı və oxunaqlı bölməsi olarsa, Nüsrət Fətullayevin SəmədVurğunla dostluğunu əks etdriən səhnələr isə həmin tədqiqat materialının əsasleytmotivini təşkil edə bilər. Böyük şairimiz Səməd Vurğun Nüsrət Fətullayevinsənətinə çox böyük qiymət vermişdir. Milli Akademik Dram Teatrında bu günə qədərSəməd Vurğunun Nüsrət Fətullayev haqqındakı deyimlərindən yaddaşlarda qalannümunələr var. Səməd Vurğun Ərkivanı Cənub bölgəsinin Luvru, Nüsrət Fətullayeviisə həmin Luvrun Leonardo - do Vinçisi adlandırmışdır. Yəqin gələcək tədqiqatçılarSəməd Vurğunun Nüsrət Fətullayevi ilə təbiət təsvirləri və şəxsiyyəti haqqındapoetik düşüncələri, hətta şeirləri barədə materiallar əldə edəcəklər. Məlumolduğu kimi, Səməd Vurğunun "İnsan" pyesinin quruluşcu rəssamı NüsrətFətullayev olmuşdur. Nüsrətin rəsm əsərlərinə, xüsusilə bu əsərlərdəki təbiət təsvirlərinəvaleh olan Səməd Vurğun Nüsrət sənəti barədə belə demişdir: "... səhnələrdəəbiətin məna ahəngi, onun qüdsiyyəti, xeyirxah və nəcib varlığı ifadəolunmalıdır...
Səhnəmizin bu təbiət gözəlliyininfəlsəfəsi uğrunda Nüsrət öz yaradıcılığını başa çatdırmalıdır. Çünki onun təbiətzövqləri başqa rəssamlarımıza görə daha gözəldir". Fateh böyük qardaşolmasına baxmayaraq, böyük uğura Nüsrət imza atmışdır. O, Azərbaycanın xalqartisti fəxri adına layiq görülüb və uzun illər Respublika Rəssamlarİttifaqının sədri olub. Fatehin həyat yolu da maraqlı olmuşdur.
Vaqif Yusifli onun yaradıcılıqyolunu beləcə xarakterizə edir: "...Ən gözəl rolu hamının etiraf etdiyinəgörə, Qoqolun "Müfəttiş"ində Xlestakov olub. Bu tamaşanı 1952-ci ildəMehdi Məmmədov hazırlamışdı. Sonralar tanınmış teatr tənqidçisi Cəfər Cəfərovyazacaq:
"Ən çətin problemXlestakov rolunun ifası ilə bağlı oldu. M. Məmmədovun bu rol üçün yeganə namizədiF. Fətullayev idi. Vaxtilə bu məşhur komediyada yüksək sənət nümayiş etdirərəkparlamış H. Ərəblinskidən və M. Mərdanovdan sonra yeni Xlestakov yaratmaq gəncbir aktyor üçün heç də asan məsələ deyildi. Lakin Xlestakov Fətullayevin, bəlkə,də teatr sənətində ən yaxşı roluna çevrilə bildi". Oçerkdə Fatehin öz müasirlərinin könüllərinin necə fəth etdiyindən, sənətə, ailəyə münasibətindəndə söz açılır: "bir insan kimi də sevilirdi. Həmişə əlindən yaxşılıq gəlirdi.Ciddi, zabitəli, səliqəli kişi idi. Deyirdi ki, aktyor yaxşı, səliqəli geyinməkdəgərək nümunə olsun, Ərəblinskiyə oxşasın. Gözəl ailəsi var idi. Həyat yoldaşı Şəfiqəxanım vaxtilə rəqqasə olub. Qızı Zenfira ingilis dili müəllimidir. İndi bu ailəFatehlə bağlı xatirələr işığına bürünüb". Pedaqoji elmlər doktoru,professor Fərahim Sadıqovun təbirincə desək, bax, elə Vaqif Yusiflinin busonuncu cümləsinin işığı ilə getmək olar. Yəni tədqiqatçılar üçün çox genişimkanlar yaranır. Fateh Fətullayevin həyat yoldaşı Şəfiqə xanımla həmsöhbətolmaqla həm onun özü haqqında, həm Şəfiqəxanımın qayınları sayılan Nüsrət, Nurəddin, Şəmsəddin və qaynı oğluHafiz haqqında dəyərli faktlar əldə etmək olar. Həm də onun qayınıqızı Vəfa Fətullayeva barədə qeyri-adiinformasiyalar əldə etmək mümkündür.
...Fateh Fətullayevin ingilisdili mütəxəssisi olan qızı Zemfira xanım təkcə atası ilə bağlı deyilən həm əmiləri,həm də əmisi qızı Vəfa Fətullayeva haqqında oxucuya və tamaşaçıya məlum olmayan faktları ortaya çıxarar... Vəfa,doğrudan da, Azərbaycan səhnəsinin bəzəyi, aktirisalar arasında korifey sənətkarsayılırdı. İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesində Gülgəzindili ilə "yalan", "gop" ifadələrini elə bir qeyri adi, özünəməxsusşirin avazla söyləmişdir ki, bu gün də insanlar arasında sanki bir aforizməçevrilmişdir.
Bir sözlə,
Azərbaycana başucalığı gətirənFətullayevlər sülaləsinin əfsanəvi nümayəndələri olan korifey sənətkarlarınbirgə fəaliyyətindən bəhs etmək daha maraqlı olar. Çünkü teatr səhnəsində elətamaşalar olub ki, həmin tamaşaların bütün ağırlığını Fətullayevlər öz çiyinlərinəgötürüb. Məsələn,1976-cı ilin yanvarında Seyfəddin Dağlının "Mənzilinizmübarək" komediyasının quruluşçu rəssamı Nüsrət Fətullayev və aparıcırollardan birini oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən, bir aysonra, yəni fevral ayında xalq şairi Səməd Vurğunun tamaşaya qoyulan "İnsan"pyesində (mənzum faciəsində) əsas rolardan birini respublikanın əməkdar artistiFateh Fətullayev (Polkovnik Hans rolunda), birini respublikanın əməkdarartisti, Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə xanım Qurbanova, birinionların əziz övladı respublikanın əməkdar artisti Vəfa Fətullayeva (həkimDildar rolunda), birini isə bu ailənin bəstəkar övladı Nurəddin Fətullayevinoğlu Hafiz Fətullayev (alman zabiti rolunda) oynayıb. Belə fakltara isə həyatdaçox nadir hallarda rast gəlmək mümkündür. Və Fətullayevlər sülaləsinin timsalındaqeyd olunan bu nadir hadısəni yazıya almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaqilk nöbədə biz qələmsahiblərinin, jurnalistlərin borcudur...
NurəddinƏDİLOĞLU
Digər Xəbərlər

DYP səfərə çıxan sürücülərə müraciət etdi

Azərbaycanda bu qədər pensiyaçı var

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

FHN "Sea Breeze"də təlim keçdi

Yonca sahələrinin sığortalanması prosesinə start verilib

Tarixin canlandığı, gələcəyin qurulduğu ocaq - Bəylik kəndi - VİDEO

Fəaliyyətini qanunsuz bərpa edən "zapravka" yenidən bağlandı - VİDEO
