adalet.az header logo
  • Bakı -°C
07 Iyun 2026 00:11
65
MARAQLI
A- A+

11 yaşlı oğlanın qulaqlarından və gözlərindən qan axır - Səbəbi isə...

Hindistanda həkimlər olduqca nadir bir xəstəliklə qarşılaşıblar -  11 yaşlı oğlanın gözlərindən, burnundan və qulaqlarından fasilələrlə qan axır.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə həkimlər tibb tarixində daha az rast gəlinən diaqnoz qoyublar. 
 
Belə ki, valideynlər uşaqlarında bir ay ərzində müntəzəm, qəfil qanaxma müşahidə edildikdən sonra həklimə müraciət ediblər. Qanaxma heç bir səbəb olmadan baş verir, ağrısız  olur və adətən bir neçə dəqiqə ərzində öz-özünə dayanır. 

Müayinə zamanı həkimlər oğlanın gözlərindən və qulaqlarından qanaxma müşahidə ediblər. Lakin müayinə zamanı vəziyyəti izah edə biləcək heç bir xəsarət və ya toxuma zədələnməsi aşkar edilməyib.

Qan analizləri də normal çıxıb. Uşağın qan laxtalanması ilə bağlı heç bir pozğunluğu yoxdur. 

Çoxsaylı müayinələrdən sonra həkimlər qan xəstəlikləri, travma, özünə zərər və digər mümkün fiziki səbəbləri istisna ediblər.  Daha sonra mütəxəssislər azyaşlının stress səbəbdən qanaxma yaşadığının diaqnozunu qoyublar.