adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2026 19:56
84
DÜNYA
A- A+

Ermənistanda 6 deputat barəsində cinayət işi açıldı

Ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın İstintaq Komitəsi iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasından altı namizədi həbs etmək qərarına gəlib.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın News.am xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, onlar çoxsaylı şəxslərə maddi stimul verməkdə və xüsusilə böyük miqyasda çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

"Söhbət Vahaq Tavakalyan, Hayek Avakyan, Vahaq Yeqiazaryan, Artur Abramyan , Aşot Saakyan, Sasun Badoyandan gedir", - portal qeyd edib 

"Sputnik Ermənistan" öz növbəsində əlavə edib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa yuxarıda adı çəkilən Güclü Ermənistan namizədlərinə qarşı cinayət işi açmaq səlahiyyəti verib.