17 Aprel 2020 09:07
53681
KRİMİNAL

Məşhur türk mafiya babası Ələddin Çakıcı kimdir?

Türkkriminal dünyasının bir nömrəli lideri kimi təqdim edilən Ələddin Çakıcı kimdir?

1980-cı illərin sonunda adı ilk olaraqAnkarada eşidilən türk kriminal aləminin avtoriteti Ələddin Çakıcı sonradanİstanbula gələrək burada kriminal qruplaşmalar arasında özünə yer edə bilir.Türkiyə çapında fəaliyyət göstərən və "ülkücü baba” olaraq tanınan Çakıcıİstanbulda məşhur şəxslərdən Dündar Qılıncın qızı Uğur Qılıncla ailə qurur. Buevliliyi və İstabulda iştirak etdiyi silahlı hücumlardan sonra polisindiqqətini cəlb etməyə başlayır. İddialara görə, Çakıcı daim Qaradənizli olmasıilə öyünürmüş.

Mafiya babası kimdir?

Ələddin Çakıcı 1953-cü il yanvarın 20-dəTrabzonda doğulub. Trabzonun Arsin qəsəbəsinin Fındıqlı kəndində dünyaya gözaçan gələcəyin mafiya lideri 1998-ci il avqustun 17-də türk və Avstriyapolisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Fransada saxlanılan zaman onunyanında modelyer Canan Yaka, müğənni Səlcuq Uralın qızı Əsli Ural olub. Buzaman mafiya liderinin üzərindən Nədim Caner adına düzəldilən saxta paport və17 min dollar çıxıb.

Atasını 12 sentyabr hadisələri zamanıİstanbulun Gültəpə səmtindəki bir kafeyə edilən silahlı hücum zamanı itirənƏləddin Çakıcı 1984-cü ildən etibarən kriminal qruplara liderlik etməyəbaşlayır.

Keçmişxanımı Uğur Çakıcının Uludağda öldürülməsi əmrini verməsi ittihamı ilə polis vəprokurorluq tərəfindən haqqında qiyabı həbs edilmə qərarı çıxarılan və axtarışaverilən Çakıcı canlı yayımda DYP sədri Tansu Çillərlə bağlı verdiyi açıqlamasəbəbindən Flash Tv-nin bağlanmasına səbəb olub.
Birja müdiri Adil Öngərin yaralanması, "Pamukbank"ın sədri BurhaKaraçama qarşı silahlı hücum, Emin Cankurtaranın vurulması, Cavid Çağlara qarşısui-qəsd planlaması, Engin Civanın vurulmasında baş rol alan Ələddin Çakıcı özükimi kriminal dünyanın ciddi fiqurlarından Nurullah Ağansoyun öldürülməsindəgünahkar elan olunaraq axtarılmağa başlanılıb.

Çakıcı axtarışda olması səbəbindən birmüddət ölkə xaricinə getməli olur. Onun Palermoda İtaliya mafiyasının tanınmışailələri ilə bir toplantı keçirdiyi bəlli olub. Eləcə də 41 nəfərin ölümündəittiham edilən Çakıcı 1998-ci ilin 17 avqustunda Fransanın Nitsa şəhərində keçirilənəməliyyat zamanı saxlanılıb. Bu zaman onun yanında olan cangüdəni Murad Gülər,müğənni Səlcuq Uralın qızı Əsli Ural da saxlanılıb. Onun saxlanılmasından sonraortaya çıxan kasetlər ANAP-dan olan dövlət naziri Əyyub Aşıkın istefasına səbəbolub. Aşkınla birlikdə Çakıcıyı qaçması üçün xəbərdarlıq edən DYP-dən olanMeral Akşenər, MİT rəsmisi Yavuz Ataç və bursalı biznesmen Erol Evcil ittihamedilib.

"Dərin dövlət"lə əlaqələri

Birja müdiri Adil Öngərin güllələnməsiilə bağlı məhkəmə prosesində iştirak edən Çakıcı ölkə xaricində Türk MilliKəşfiyyat İdarəsinə (MİT) işlədiyini, hər zaman dövləti qoruduğunu, amma ondan"lombard” kimi istifadə edildiyini bildirib. Çakıcı ən demokratik və inkişafetmiş ölkələrdə belə "dərin dövlət"in olduğunu və olmasının vacibliyiniqeyd edib.

MİT-in xarici ölkələr üzrə kəşfiyyat idarəsinin sabiq rəhbəriNuri Gündəş NTV kanalında "dərin dövlət” mövzusunda müzakirələr zamanı ƏləddinÇakıcıdan danışarkən, "əgər məni dinləyirsə, yanaqlarından öpürəm, əgər dövlətəbir xidməti varsa...” fikirlərini işlətməklə gündəmə gəlib. Bundan sonraİstanbulun Şişli prokurorluğu proqramda qanunsuz silahlı şəbəkənin lideriƏləddin Çakıcıdan danışan Nuri Gündəş haqqında "cinayətkari müdafiə etmək”ittihamı ilə təhqiqat aparıb.

Prokurorluqda ifadəsi alınan Gündəş Cinayət Məcəlləsinin 215-cimaddəsinə əsasən, 2 il müddətinə həbs oluna bilərdi. Amma siyasi partiyalardangələn ciddi etirazlar buna mane olub.

AKP-nin parlamentdəki fraksiya lideri Əyyub Fatsa "hüquqdövlətində bu cür əlaqələri, duyğusal yanaşmaları haqlı göstərmək mümkün deyil”ifadəsini işlədərək bildirib ki, bu bəyanatlar səhv addımdır.

CHP sədrinin müavini Özürək isə dövlət xidmətinin dövlətməmurları tərəfindən aparılmalı iş olduğunu bəyan edərək bildirib ki, buişlərin bir mafiya və ya şəbəkəyə həvalə edilməsi mümkün deyil: "Bu açıqlamamafiyalaşmanı, şəbəkələşməni göstərən bir davranışdır. MİT-də xidmət keçəninsanların bu formada çıxış etməsi yanlışdır. Həm çıxışı yanlışdır, həm dəsöylədikləri. Belə sözləri dəstəkləmək mümkün deyil. Ələddin Çakıcı kimiqarışıq işlərə bulaşmış birinin yanaqları dövlətdə xidmət edənlər tərəfindənöpülürsə, vay bizim halımıza...”


DövlətBaxçalının ziyarəti

Qeyd edək ki, bir neçə il əvvəl Milliyyətçi Hərəkat Partiyasınınlideri Dövlət Baxçalı həbsxanaya gedərək, Ələddin Çakıcını ziyarət edib.Baxçalı açıq şəkildə deyib ki, Çakıcı artıq qocalıb, xəstədir və onun azadlığaburaxılması lazımdır. Hətta MHP onun azadlığa buraxılmasını nəzərdə tutan əfvverilməsini də istəyib. Baxçalı eyni zamanda Çakıcının guya sağlam olmasınadair arayış verən həkimlərin həbsini tələb edib.

2018-ci ildə Türkiyə hüquq-mühafizə orqanları Çakıcınınazadlıqda olan şəbəkəsinə qarşı əməliyyat keçirib. Onun vəkili daxil olmaqla 17nəfər həbs edilib. Şəbəkənin Ankara və Kırıkkalada xərac topladığı bəyan edilib. İndi dəÇakıcının şəbəkəsinin azadlıqda qalan üzvlərinin olduğuna dair iddialar var.

Törətdiyicinayətlər

Türk mafiyasının lideri Ələddin Çakıcı jurnalist Hincal Uluçuyıyaraladağı üçün 3 il 4 ay, 15 nəfərin yaralanmasına səbəb olan Qaragümrük İdmanKlubuna silahlı hücum təşkil etmək cinayətinə görə 3 il 4 ay və 19 il 9 ay,Birja müdiri Adil Önərgin avtomobilinin atəşə tutulmasına görə 10 il 10 ay,1995-ci ildə Uludağda keçmiş xanımı Nuriyə Uğur Qılıncın öldürülməsi cinayətinəgörə ömürlük həbs.

Ancaq bu məhkəmə prosesi zamanı Qılıncın Çakıcıya "Öcalan səndəndaha şərəflidir” sözünə görə mafiya liderinin ömürlük həbsi 19 il 2 ay cəza iləəvəzlənib.

Prezident Rəcəb Təyyub Ərdoğana qarşı təhqirinə görə də 10 ayhəbs cəzası alıb.


Dilimizə uyğunlaşdıran: Eminquey