Polis Saatlıda əməliyyat keçirdi - Çinarə Astanova saxlanıldı

Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi - VİDEO

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi

Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
