Mərhum şairənin doğum günüdür
Bu gün mərhum şairə Fərqanə Mehdiyevanın doğum günüdür. O, 19 fevral 1964-cü ildə Salyan Ərəbqardaşbəyli kəndində anadan olub. Yaradıcılığa erkən yaşlardan başlayan Fərqanə, 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində tez- tez çıxışlar edib. Uzun illər “Aşıq Pəri” məclisində yaradıcılığı ilə çıxış edib. O, ilk təhsilini Bakı Humanitar kollecində alır. Daha sonra sənədlərini Azərbaycan Pedaqoji Universitetinə verən gənc qız müəllimlik ixtisasına yiyələnir.
İlk kitabı “Çəkdiklərim mənə bəsdi” 1999-cu ildə işıq üzü görüb.
Daha sonra “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə oxucularını sevindirib.
O, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Lakin 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalının poeziya şöbəsində işləyib. Elə həmin ildə də birliyin üzvü olub.
F.Mehdiyeva “Rəsul Rza” və “Mikayıl Müşfiq” mükafatının laureatı olub.
Şairə daha çox “Siz məni qoymayın şair olmağa”, “Təndir”, “Şəkil” adlı şeirləriylə məşhurdur.
Fəqanə Mehdiyeva 2 may 2020-ci ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
29 Sentyabr 2026 13:55
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub
29 Sentyabr 2026 07:42
Ağıllı oğlan
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59


Bakı -°C

