Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə (Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan), eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd vəsait çıxarması qadağan olunub.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sərəncam imzalayıb.
Məlumata görə, bütün məbləğin hesabdan çıxarılmasını təsdiq edən bank sənədləri olduqda, nağd pulu müəyyən beynəlxalq hava limanları vasitəsilə ölkədən çıxarmaq mümkündür.
Bildirilib ki, bu qayda beynəlxalq daşımalar həyata keçirən hüquqi şəxslərə, eləcə də ölkənin Xarici İşlər Nazirliyinin müvafiq bildirişi ilə Rusiya diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətini təmin etmək üçün vəsaitlərin çıxarılmasına şamil edilmir.
Qadağa pozulduğu təqdirdə, fiziki şəxslərdən 1 milyon rubldan artıq olan məbləğin, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə ölkədən çıxarılan bütün nağd pulun müsadirə edilməsi nəzərdə tutulur.
Qərar imzalandığı gündən, yəni sentyabrın 29-dan qüvvəyə minib.
Digər Xəbərlər
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22


Bakı -°C

