29 Oktyabr 2025 12:51
75
ŞOU-BİZNES

Məleykə Əsədova: “Uşaqlıqdan mələyə oxşayırdım”

Xalq artisti Məleykə Əsədova uşaqlıq illərindən danışıb.

Adalet.az bildirir ki, aktrisa uşaqlıq illərində  daha çox atasının qadağalarını xatırlayıb:

“Atam çox qısqanc, mühafizəkar insan olub. Atam bacılarıma icazə vermədi ki, onlar Bakıda təhsil alsınlar. Gənc qızlar idik, bəzənmək istəyirdik. Ona da icazə vermirdi. Amma mən çox ərköyün olmuşam. Oğlan uşağı gözləyirdilər, yenə də qız oldu- mən doğuldum. Hətta mən anadan doğulanda həkimlər qorxa- qorxa məni gətiriblər ki, Eldar, mələyə bənzəyən bir qızın doğulub. Ağappaq, qıvrımsaç uşaq olmuşam. Atam da elə adımı Məleykə qoyub. Adımın yaranma səbəbi belə olub”.

Əntiqə