Meyxanaçı: “Ölüm mənim üçün xoşbəxtlikdir”

Meyxanaçı Ağamirzə bir çoxlarının onun haqqında bilmədiklərindən danışıb.
Adalet.az xəbər verir ki, meyxanaçı bəzi vərdişlərinin onu narhat etdiyini söyləyib:
“Hər kəs bilir ki, mən Moskvaya da getsəm özümlə stəkan aparıram. Neyləyim? Tez iyrənən adamam. Bu da özümdən aslı deyil. Heç cür bundan qurtula bilmirəm. Evimizdə belə icazə vermirəm ki, kimsə mənim stəkanımda çay içsin”.
Meyxanaçı bununla yanaşı efir vasitəsiylə öz vəsiətini açıqlayıb:
O, “Mən doğmalarıma tapşırmışam ki, mən öləndən sonra millət məzarıma axın edib tıxac yaratmasın. Mənə heç kəs yas saxlamasın. Kim məni istəyirsə, mənim üçün dua etsin ki, Allah, onun günahların bağışla. Elə bir bəşər tanımıram ki, onun duaya ehtiyacı olmasın. Ölüm mənim üçün xoşbəxtlikdir” deyib.
Əntiqə


Bakı -°C 














