MEDİA ilə Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilib- FOTO
Oktyabrın 28-də Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsini icra edən Osman Xaliyev arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar, çap və onlayn mediaya dəstək layihələri barədə ətraflı məlumat verib. O, media subyektlərinin biznes strukturu kimi formalaşmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Osman Xaliyev Fondun fəaliyyəti, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsi ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verib.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi və potensial əməkdaşlıq imkanlarıyla bağlı müzakirələr aparılıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

