"Maraqlı və yaddaqalan səfər oldu"

Artıq oxucularımıza və bütövlükdə ölkə içtimaiyyətinə məlum olduğu kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi partiya sədrlərinin işğaldan azad olunan ərazilərə növbəti səfərini təşkil edib.
Təşkil olunmuş bu səfərlə bağlı iştirakçıların fikirlərini bilmək istədik. Elə bu məqsədlə də Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olmuş REAL Partiyasının sədri Natiq Cəfərli ilə əlaqə saxladıq :
-Yaddaqalan bir səfər oldu. Azad olunmuş torpaqlarımızda aparılan tikinti işləri diqqətimi daha çox çəkdi. Xüsusi ilə həm keyfiyyətli və həm də təhlükəsiz, üstəlik çoxşaxəli yol infrastrukturu yaradılıb.. Məni sevindirən və mənə ən çox təsir edən bir məqamı heç unutmadım. Belə ki, Cəbrayıldakı həyətlərdən birinində uşaqlar futbol oynayırdı..Yəni artıq uşaqlı-böyüklü hər kəs Böyük qaydışın ilk mərhələsini yaşamağa başlayıb.Aparılan işlər, Minatəmizləmə Agentliyinin fəaliyyəti, "Araz Vadisi İqtisadi Zonası"nda 12 layihənin icrasına başlanması barədə yerindcə məlumatlar əldə etdik.
Onu da qeyd etmək istəyirəm ki, bu formatda səfərlərin təşkili çox böyük əhəmiyyət kəsb edir.Necə deyərlər yüz dəfə eşiməkdənsə , oxumaqdansa gəlib öz gözlərimizlə görmək daha maraqlı və yaddaqalandı..Öz adımdan bu səfəri təşkil edənlərə təşəkkürümü bildirirəm.
Digər Xəbərlər

Nazirlər məruzə etdi, Əli Əsədov tapşırıqlar verdi - FOTOLAR

XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur
