"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Bu gün işğaldan azad edilmiş torpaqlarımız böyük bir tikinti meydanını xatırladır.Düşmənin izləri torpaqlarımızdan sürətlə və həm də uğurlu bir şəkildə silinir.Aparılan işlərlə yerindəcə tanış olmaq üçün tez-tez Qarabağa və Şərqi Zəngəzura turlar təşkil olunur. Həmin səfərlərdən bir bu ayın əvvələrində reallaşıb. Ölkəmizdə fəaliyyət göstərən partiya funksionerləri, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Artıq səfər başa çatıb, amma təsuratlar qalır. Elə bu təssuratı öyrənmək üçün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə əlaqə saxladıq::
- Həqiqətən xeyli görülmüş işlərin şahidi olduq. Amma bundan sonra da daha böyük və daha çox işlərin görülməsi vacibdir və görüləcək də. Binalar ucalır, sakinlər qayıdır... Xüsusi ilə Cəbrayılda sakinlərlə özüm də söhbət etdim. Mənim üçün ən xoş təəssürat Cəbrayıla bağlı oldu. Görülən işlər sevindirici olsa da , burada roblemlər də var. Zənnimcə bərpada xüsusi təşəbbüs göstərmək istəyən insanları da bu işə cəlbi etmək olar. Səfər zamanı bu barədə qeydlərimi bildirdim. Ümumiyyətlə, burada paralel olaraq həm də bir məskunlaşma konsepsiyası olmalıdır. . Mən orada da bildirdim və yenə təkrar edirəm ki, rayonların birində siyasi partiyaların, mütəxəssislərin iştirakı ilə geniş bir konfransın keçirilməsi çox yaxşı olardı.
Digər Xəbərlər

XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

"Maraqlı və yaddaqalan səfər oldu"

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
