"Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi"
(Atalar sözü)
Fransanın "Le Monde" qəzeti yazır ki, prezident Emmanuel Makron ümid edir ki, Rusiya-Ukrayna müharibəsi 2027-ci ilin yazına qədər, yəni Fransada prezident seçkiləri keçirilməsindən əvvəl başa çatacaq.
Jurnalistin: "seçkilərdən sonrada Paris Kiyevi dəstəkləyəcəkmi" sualına, Makton: "Ümid edirəm ki, o vaxtadək sülh əldə olunacaq"- deyə cavab verib.
Fransa prezidenti Avropa İttifaqının Rusiyaya asrşı qərarını yüksək qiymətləndirərək bildirib ki, "yalnız Ukrayna hakimiyyəti güclü və nüfuzlu olarsa münaqişə həll oluna bilər".
Görünən odur ki, Qərb artıq haradan başlayıb, harada qurtaracağını bilmir. Yəni, "ipin ucunu itirib". Rusiyanı çökdürmək üçün, NATO-nun genişləndirilməsi ideyası, suveren bir ölkənin faciələrə sürüklədi. Əslində, hazırda Rusiya ilə Ukrayna arasında münaqişənin başlamasında kimin günahkar olmasını müəyyənləşdirmək, iki dövlət arasında sülhün bərqərar olmasına mane olan səbəblərin aradan qaldırılması mümkünd görünmür. Necə deyərlər, "qatar artıq gedib". Sadəcə olaraq, soyuq başla bu dalandan çıxmaq yolları araşdlrılmalıdır.
Yoxsa, Makron kimi boş-boşuna proqnozlar verməklə müharibəni dayandırmaq olmur. ABŞ prezidenti Donald Tramp, Rusiya və Ukrayna prezidentlərinin "müharibəni dayandırmaq və danışıqlara başlamağa hazırıq" bəyənatlarının səmimiliyinə ümid edərək münaqişənin həllini soyuq başla müzakirə etməyə çalışır. Lakin, hələ ki, Rusiya prezidentinin başı "soyumaq" bilmir.
Ona görə də, Donald Tramp, Rusiyaya qarşı əvvəlki yumşaq, barışdırıcı mövqeyini sərtləşdirməyə qərar verib. ABŞ prezidentinin son bəyənatları, artıq Kremlə diplomatiq siqnallar vermək deyil, bir başa təhditdir.
Donald Tramp bəyan edib ki, sərt sanksiyalar təkcə Rusiyaya qarşı deyi, həmçinin Moskva ilə ilə ticarət əlaqələrini saxlayan digər ölkələrə qarşı da tədbiq olunacaq. Bəzi mənbələrin bildirdiyinə görə, Birləşmiş Ştatlar bu ölkələrə qarşı 500 faizlik rüsum tədbiq edəcək.
Donald Tramp, Rusiya prezidentinin imperiya niyyətlərini anlamağa başlaylb və ona görə də, Putinə qarşı mövqeyini sərtləşdirməyə başlayıb. İlk növbədə Rusiyanın əsas maliyyə mənbələri "Rostneft" və "Lukoyl" şirkətlərinə, həmçinin bu şirkətlərlə iş birliyində olan ölkələrə qarşı sanksiyalar tədbiq edir.
ABŞ prezidentinin bu qərarına reaksiya verən Hindistan və Çinin bir çox şirkətləri artıq Rusiya nefti almaqdan imtina edib. ABŞ səfiri Takker isə, bəyan edib ki, bu hələ başlanığıcdır, Putinə təyziq etmək üçün Trampın əlində daha ciddi kartlar var.
Göründüyü kimi, vəziyyət daha da gərginləşməkdədir. Putin, hələki geri addım atmaq barədə düşünmür. Bu isə, müharibənin hələ çoz uzanacağı anlamına gəlir.
Fransa prezidenti Emmanuel Makronun isə, əlindən yalnız ümid etmək gəlir...


Bakı -°C
