Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib.
Adalet.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib.
İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib.
Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib.
Digər Xəbərlər
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - VİDEO
23 Iyun 2026 13:04


Bakı -°C

