adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 11:26
63
SAĞLAMLIQ
A- A+

Hər gün ət yemək ziyandı?

Elə  adamlar var ki, hər gün ət yeməsə , rahat yata bilməz! Sanki onların həyat tərzi ət yeməkdən ibarətdir. Bu isə bir çox halda insan səhhətində problemlər yaradır. Həkim- kardioloq , tibb elmləri  üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyir ki, ət yemək heç  də pis deyil. Amma sadəcə olaraq hər gün bu qidanı qəbul eləmək sonradan bir çox fəsadlar yarada bilər .

Bunun ən qorxulusu çox ət yeyərkən  ürək damarlarının tutulmasdı. Çünki mal və qoyun ətindən digər ətlərə nisbətən daha çox xolesterin mövcuddur. Bu isə birbaşı ürək damarlarının titulmasına gətirib çıxarır.Belə pasiyentlərin vəziyyəti bir müddətdən sonra ağırlaşır. Onların ürəyində ya açıq əməliyyat aparılır, ya da stend qoyulur.

Ümumiyyətlə, xolesterin səviyyəsı yüksək olan açıq və qapalı ürək əməliyyatları keçirmək insanlar qırmızı ətdən çox istifadə etməsi məqsədəuyğun deyil. Onlar ən yaxşı halda balıq və quş ətindən istifadə edə bilərlər. Çünki bu dediyimiz ətlərdə xolesterin azdır. Hətta sağlam insanların da hər gün ət və ət məhsulları yeməsi  məsləhət bilinmir! Göründüyü kimi, nəinki mal və qoyun əti ,  digər zərərli qidaların hər gün istehlak  edilməsi insan səhhəti üçün fəsadlar yarada bilər. Düzgün qidalanma ən yaxşı sağlam həyat tərzidir!!!

Emil FAİQOĞLU