adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 11:50
71
MƏMLƏKƏT
A- A+

 Bu il bütün meyvələr baha olacaq...

Son illər nəinki ölkəmizdə , eləcə də  dünyanın hər yerində iqlim dəyişikliyi baş   verib! Qeyri-sabit hava şəraiti  kənd təsərrüfatına daha böyük ziyan vurub!  

Ölkəmizdə yağan intensiv yağışlar, dolu və külək məmləkətimizdə çox pis vəziyyət yaranıb! Üstəlik də sel sularının təsərrüfatları basması hayvandığıa  və tostan- tərəvəz məhsullarına da kifayət qədər ziyan  vurub! Meyvəçilikdən isə heç danışmağa dəyməz! Çünki fasiləsiz yağışlar , dolu  və külək ərik, alma, gilas , albalı, şaftalı, heyva ağaclarını məhv elədi. Ağacları budaqları , meyvələri, yarpaqları ilə yanaşı, külək bəzi ağacları kökündən çıxardı.

Belə hadisə zamanı avtomobilini o ağacın altında saxlamış insanlar da ziyan   görüblər!   Bütün bunlar  insanların  həyat tərzinə , yaşasına mənfi  təsir  göstərib. Yəni bu il kənd adamları ehtiyac içində olacaq, qazancları zəifləyəcək.

Eyini zamanda bazarlarda alamanın, gilasın, albalının, əriyin... qiyməti baha olacaq . İndi yaxşı gilasın bir kiloqramı 8 manata və daha baha qiymətə satılır. Belə çıxır ki, kasıb adamlar bu il gilas, gilənar, ərik yeməyəcək!!!

Emil FAİQOĞLU