09 Iyun 2025 17:45
100
DÜNYA

Lavrov Putinlə Trampın arasındakı münasibətlərdən danışdı

Rusiya və ABŞ artıq Bayden administrasiyası dövründəkindən daha normal vəziyyətdədir.

Adalet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Donald Tramp arasında münasibətlər işgüzardır. 

"Telefon danışıqları zamanı Putin və Tramp dərhal problemlərin mahiyyətini müzakirə edirlər", - Rusiya XİN başçısı vurğulayıb.