09 Iyun 2025 17:49
113
GÜNDƏM

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 10-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.