09 Iyun 2025 17:44
117
DÜNYA

Paşinyan uşağı olan katalikosu istefaya çağırdı

Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin subaylıq andını pozub və indi istefa verməlidir.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın n baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkəsində məlumat verib.

Paşinyan yazıb: “II Qaregin könüllü olaraq üzərinə götürdüyü subaylıq andını pozub və onun övladı var”.

Siyasətçi əlavə edib ki, Qaregin onun sözlərinə etiraz etməyə çalışsa, dediklərini lazımi formatda sübut edəcək. Paşinyan qeyd edib ki, Erməni Apostol Kilsəsinin Məcəlləsinə görə, Qaregin yepiskop, arxiyepiskop, katolikos ola bilməz.

Ermənistanın baş naziri kilsəni yeni başçı seçməyə çağırıb. Eyni zamanda, o, katolikos seçilməzdən əvvəl bu şəxsin yoxlanmasının zəruriliyini bəyan edib.