09 Iyun 2025 17:57
161
DÜNYA

Çəkiliş aparan jurnalistə atəş açıldı - VİDEO

Los-Ancelesdə polis etiraz zamanı jurnalistə atəş açıb. 

Adalet.az xəbər verir ki, etiraz aksiyası zamanı bölgədə çəkiliş aparan jurnalist polis tərəfindən güllələnib.

Hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük narazılıq doğurub.

ABŞ jurnalist təşkilatları artıq məsələ ilə bağlı araşdırma və məsuliyyət tələb edirlər.