09 Iyun 2025 17:42
116
DÜNYA

Son sutkada Qəzzada ölənlərin sayı açıqlandı

Qəzza zolağında son 24 saat ərzində yaralanan fələstinlilərin sayı 400-ə yaxınlaşıb, 47 nəfər ölüb.

Adalet.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

"Son 24 saat ərzində 47 nəfərin cəsədi Qəzza xəstəxanalarına çatdırılıb, 388 nəfər isə yaralanıb", - nazirliyin hesabatında deyilir. 2023-cü ilin oktyabrından Qəzza zolağında qurbanların ümumi sayının 54 927 nəfərə, yaralıların sayının isə 126 615 nəfərə çatıb.