"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb" - Prezident
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciətində deyib.
Dövlət başçısı bildirib ki, rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Digər Xəbərlər
28 Oktyabr 2026 11:54
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
28 Oktyabr 2026 11:29
Azərbaycanda yeni qanun layihəsi hazırlanıb
28 Oktyabr 2026 11:14
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik etdi
28 Oktyabr 2026 11:01
"Korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir" - İlham Əliyev
28 Oktyabr 2026 11:00
“Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması...”
28 Oktyabr 2026 10:51
ABŞ vasitəçiliyi ilə gözlənilən Rusiya -Ukrayna danışıqları pozula bilər – Politoloq
28 Oktyabr 2026 10:45
“Türkiyə və Pakistan təmsilçiləri İrana gəlməmişdən 5 gün öncə...”
28 Oktyabr 2026 10:40


Bakı -°C

