XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib - VİDEO
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib.
Adalet.az xəbər verir ki, laboratoriyanın yaradılmasında əsas məqsəd xüsusi rabitə sistemləri üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının dəstəklənməsidir.
Laboratoriyada tələbələr xüsusi rabitə sistemlərinin quruluşu, fəaliyyət prinsipləri və təhlükəsiz istismarı ilə bağlı praktiki biliklər əldə edəcək, müvafiq texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirəcəklər.
Qeyd edək ki, XRİTDX ilə AzTU arasında əməkdaşlıq 2022-ci ildən davam edir. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının artırılması, praktiki təlimlərin və maarifləndirici tədbirlərin təşkili, eləcə də fərqlənən tələbələrin dəstəklənməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.
Xüsusi Rabitə Sistemləri Laboratoriyasının istifadəyə verilməsi bu əməkdaşlığın yeni mərhələsi olmaqla, xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində milli kadr potensialının gücləndirilməsinə xidmət edir.
Digər Xəbərlər
28 Oktyabr 2026 12:57
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar
28 Oktyabr 2026 12:53
Nazirliyə Aparat rəhbəri təyin olundu
28 Oktyabr 2026 12:20
DYP elektroskuter istifadəçilərinə müraciət edib
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:53
"Beynəlxalq təcrübəyə uyğun antikorrupsiya qurumları yaradılıb" - Kamran Əliyev
28 Oktyabr 2026 10:52
"Korrupsiya hamımızın qarşılaşdığı ümumi problemdir" - Baş prokuror
28 Oktyabr 2026 10:07


Bakı -°C

