Könül Kərimovanın növbəti dəfə “gündəmə olmaq” cəhdi: “Üstümdə davaydı...”
Şou-biznes nümayəndələri gündəmə gəlmək, gündəmdə olmaq, hər gün müxtəlif insanların müzakirə obyektinə çevrilmək xatirinə nə bilirlərsə onu da edirlər. Yarıçılpaq poz verən, özü haqqında şaiyə yayan, başqasını tənqid və təhqir etməkdən çəkinməyən, əlbəyaxa vuruşan... Hansı şəkildə desəniz, gündəmə can atmaq xatirinə o yolları sınayırlar.
Əməkdar artist Könül Kərimova son zamanlar gündəm olmaq yolunda ən çox “zəhmət”ə qatlaşanlardandı. Məsələn, Türkiyənin Alanya bölgəsində dincələn müğənni geyindiyi cırıq şortiki, sonra hovuzda çimərkən paylaşdığ fotolar səs küy yaratdı. Daha sonra müğənninin özünə aid etdiyi, müəllifi özü olduğu iddia etdiyi “Qızım“” mahnısının əsl sahibi çıxıb onu ifşa etdi. Daha sonra mərhum sənətkar Məhəbbət Kazımova məxsus məşhur “ Laçınım” mahnısının ona aid olduğunu bəyan etdi, daha sonra səhnəyə bığ qoyub çıxdı. Bütün olayların hamısında tənqid olunan əməkdar artist bununla gündəmdə qaldığını düşündü.
Adalet.az xəbər verir ki, Könül Kərimova növbəti dəfə "Tarixin bir günü" proqramında “gündəm ” əhval-ruhiyyəsi yaratmaq fikrinə düşüb. Müğənni iddia edib ki, guya müğənni olduğu üçün onu sevənlərin sayı çox olub:”Subay vaxtımda elçilər üstümdə dava edirdidi. Deyirdilər ki, efirə çıxır, yaxşı qızdır. O qədər elçi gələn olurdu ki... Bacım gözəl idi. Amma mən qara qız olmuşam, üfürsən yıxılardım. Amma müğənni idim deyə, üstümdə dava idi. Sonda da xalam oğlunaərə getdim”.
Bildiyiniz kimi, müğənni Könül Kərimova Ağcabədilidir. Ağcabədi ilə Ağdam bir-birinə yaxın rayonlar olduğu üçün bunu xüsusilə qeyd edirəm ki, toylara gedən, toyda oxuyan qızlara heç kim ciddi fikirlə baxmazdı. Nəinki baxmaq, heç onunla evlilik xəyalları da qurmazdı. Çünki “toyda oxuyan qız” içib keflənmiş, danışığını, hərəkətini bilməyən sərxoş kişilərin qarşısında “ağzını ayırıb oxuması” rayon yerində qəbuledilməz hesab edilirdi. Könül Kərimovanın oxumağa başladığı dövrdə də toyda oxuyan qıza münasibət məhz belə idi.
Efirə çıxmaq təbii ki, bir müddət rayon və bölgə toylarında məşhurluqdan sonra baş vermişdi. Yəni, artıq bölgədə m ”toylarda oxuyan qız” imicini tam qazanmışdıvə özü demiş, “qara-quru” bir qızın üstündə “dava” düşməsi absurd bir söhbətdir.
Müğənninin sonda dediyi “ axırda xalam oğluna ərə getdim” sözündən də bəllidir ki, yeganə seçənəyi elə “xalaoğlu ” olub.
P.S. Səsi-sənəti olan bir məşhurun ucuz reklamlarla gündəmə gəlməsi, haqqında müzakirələr açdırması heç xoş deyil. Həmin məşhurun səsini də, sənətini də, digər uğurlarını da ucuzlaşdırır, gözdən salır.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Sentyabr 2026 17:03
Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03


Bakı -°C

