Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
"Biz “Böyük Qayıdış” zamanı şəhərləri sıfırdan inşa etmişik. Hazırda 12 şəhərin planlaşdırılması aparılır, 8 şəhərin baş planı artıq təsdiq olunub, 4 şəhər üzrə işlər isə yekunlaşmaq üzrədir".
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.
O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində yüzlərlə kənd planlaşdırılır və uğurla həyata keçirilir: "Hər bir yaşayış məntəqəsi tam şəkildə 20 illik dövrü əhatə edən plan əsasında hazırlanıb və bu istiqamətdə işlər aparılır. Bu isə əsas prinsipimizdir”, - o vurğulayıb.
Digər Xəbərlər
17 Noyabr 2025 14:07
Bakıda beynəlxalq konfrans keçirilir - Nazir Prezidentin müraciətini səsləndirdi
17 Noyabr 2025 12:50
İki həftədə 392 mina aşkarlanıb
17 Noyabr 2025 11:33
“Bu stereotiplər təkcə fərdi münasibət səviyyəsində deyil...”
17 Noyabr 2025 11:12


Bakı -°C

