“Bu stereotiplər təkcə fərdi münasibət səviyyəsində deyil...”
“Narkotik istifadəçisi olan qadınlarla bağlı psixoloji potret, davranış nümunələri və sosial rebabilitasiya çərçivəsində aparılan təhlillər göstərir ki, bu qrupun vəziyyətini formalaşdıran tək amil asılılıq deyil – həm də cəmiyyətin onlara yönəltdiyi baxış, münasibət və etiketləşdirmə prosesidir”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspertin sözlərinə görə, sosial damğalanma və streotiplər, bu qadınların özlərini necə dərk etməsinə, yardım axtarma davranışlarına və cəmiyyətə reinteqrasiya səylərinə birbaşa təsir göstərir:
“Streotiplər çox zaman qadınları ikili cəza vəziyyətinə salır – bir tərəfdən narkikdən istifadə etdiklərinə görə “pis qadın” kimi etiketlənirlər, digər tərəfdən isə cəmiyyətin ideal qadın obrazına (ana, həyat yoldaşı, səbirli və əxlaqlı qadın) uyğun gəlmədikləri üçün daha sərt ictimai qınağa məruz qalırlar. Nəticədə qadınlar həm sosial xidmətlərdən çəkinir, həm də öz dəyərlərini itirmiş kimi hiss edirlər.
Cəmiyyətin qadınlara baxışında mövcud olan streotipləri anlamağa və həmin yanaşmaların nə üçün zərərli olduğunu elmi baxımdan dəyərləndirməyə imkan verəcək. Stereotiplərlə işləmək təkcə etik məsələ deyil – bu, həm də sosial işin effektivliyini artıran peşəkar və institonal məsuliyyətdir.
Azərbaycanda narkotik istifadəçilərinə, xüsusən qadın narkotik istifadəçilərinə qarşı mövcud olan stereotiplər, onların cəmiyyətdən təcrid olunmasına, hüquqlardan məhrum edilməsinə və müxtəlif formalı zorakılığa məruz qalmasına şərait yaradır. Bu stereotiplər təkcə fərdi münasibət səviyyəsində deyil, həm də institusional səviyyədə diskriminasiyaya səbəb olur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

