Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.
Adalet.az xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə (419 nəfər) köçürülüb.
***
08:39
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Adalet.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə - 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə - 419 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Bakı -°C

