Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR
Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.
Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.
Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
13 Iyul 2026 20:07
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - FOTOLAR+VİDEO + YENİLƏNİB
13 Iyul 2026 09:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24


Bakı -°C

