06 May 2025 15:51
129
DÜNYA

Putin Pezeşkianla danışdı

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Adalet.az xəbər verir ki, bu  barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Tərəflər yanvarın 17-də Pezeşkianın Rusiyaya səfəri zamanı imzalanmış iki dövlət arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq" haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, cari regional və beynəlxalq problemlər, o cümlədən Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.