06 May 2025 17:11
140
DÜNYA

Kadırov vəzifədən getməsi üçün müraciət etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsi üçün müraciət etmişəm. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kadırov "Çeçenya Today" agentliyinə açıqlamasında bildirib. 

Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib: "Vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək". 

Çeçenistan rəhbəri ondan bu addımı atmasını konkret olaraq kimin tələb etdiyini açıqlamayıb.