Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib

May ayının 5 də Ankarada Ulu öndərimiz Heydər Əliyevin dəstəyi və tövsiyəsi ilə yaradılmış, ömrünün sonuna qədər fəxri Başkanı olduğu Türkiyə Azərbaycan Dostluq İşbirliği və Dayanışma Fondunda "Heydər Əliyev və Türk dünyası adlı panel keçirildi
Panel Heydər Əliyevin anadan olmasının 102 cı illiyinə həsr olunmuş Heydər Əliyev həftəsi çərçivəsində baş tutmuşdur.
Tədbir Türkiyə Azərbaycan Dostluq İşbirliği və Dayanışma Fondunun T.A.D.İ.V və Azərbaycan respublikasının Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Şuşa konqre mərkəzində təşkil olunmuşdur.Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi üçün 1 dəqiqəlik sükut və Azərbaycan,
Türkiyə Dövlətlərin himni ilə başlayan paneldə Türkiyə Azərbaycan Dostluq İşbirliği və Dayanışma fondunun başkanı profesör doktor Aygün Attar xanım və Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışları edərək ,Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası , Türk dünyası birliyi üçün fəaliyyətindən danışıblar. Paneldə Qazaxıstan , Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının səfirləri , Türkiyə Respublikasının xarici işlər nazirliyinin rəsmisi Ayşə Üzer Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin türk dünyasındakı yerindən danışıblar ,onun türk dünyasındakı ən böyük liderlərindən biri olduğunu vurğulayıblar .
Paneldə Türkiye Azerbaycan parlamentlərarası dostluq qrupunun sədri Millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da Heydər Əliyevin həyatından danışmışlar .
Əvəz Səfərov T.A.D.İ.V işlətmə müdürü