Kəramətlə cismani VİDA - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
132 | 2025-08-14 12:22

...üzdü...çox  üzdü  məni eşitdiyim acı  xəbər...Nə  qədər  cəhd  etdim  telefonuna  zəng   çatmad ki , xəbərin  yalan olduğunu  özündən  eşidim.... Amma  dillənmədi...cavab  vermədi  Kəramətin telefonu...Mən  hər  gün   görüşürdüm  onunla - HƏR  GÜN!!! Gah  telefonda,.. gah fb-də... gah "Azərbaycan"  nəşriyyatında!..Nəşriyyata  gələndə  də  mütləq  gəlirdi 6-cı  mərtəbəyə...ayaqüstü  olsa da görüşürdük... Və  mən hər  dəfə  eyni  sözü  deyirdim :

- İtmə! Görük!!!...

Çünki  onu  tanıdığım  gündən  içimə  dammışdı  ki, o  bir  gün  itəcək - HADİ kimi!!!

Təəssüf, Kəramət  ,  çox  təəssüf..Mən  SƏNİ  İTİRDİM!!! Gözləyə gözləyə, izləyə  izləyə  İTİRDİM ... CİSMƏN!!!!

Səninlə  bağlı  yazılar  yazmışam...Səndən  müsahibəllər  götürmüşəm... Bu yazımı    çox  bəyənmişdin! Beş  il   bundan öncə  yazmışdım. Sosial şəbəkədə   Sənin   paylaşdığın  bir  şerini  oxuyanda  xatırladım.Arxivimə  əl  uzatdım...Və  onu oxuculara  təqdim etmək  istəyimdən  vaz  keçə  bilmədim!

Öncədən deyimki, barəsində yazmaq istədiyim kitab və onun müəllifi mənimlə eyni dövrün və  eyni mühitin adamıdır. Yəni ədəbiyyat deyilən məkana, sözün ormanına çox kiçik,barmaq hesabı ay, gün fərqilə gəlmişik. Və gəldiyimiz o gündən üzü bəri bir istəyimiz,bir niyyətimiz olub: bacardığımızı, içimizdə olanı sözə verək, sözə söykənək,sözün qayğısını çəkib keşiyində duraq. Buna nə qədər nail olub-olmadığımızı təbiiki, daha çox söz xridarları və bir də bizdən sonrakı zaman deyəcəkdir. Ona görəbizdən sonrakı zamanı xüsusi vurğulayıram ki, bu gün   Azərbaycan söz məkanının  bir qüsurlu tərəfi var; istər ədəbiyyatşünas tənqidçilər, istər oxucular müəlliflərin,onların yazdıqları əsərlərin "xətrinə” dəymirlər. Ədəbi tənqidən çox ədəbi tərifə   üstünlük verirlər. Bu da adamların bir-birinə olan xoş münasibətinin, üzbəüz gələndə   utanmamaq məramının göstəricisidir. Ona görə də ən real qiyməti həmin o gələcək   zaman verəcək. Və onda kimsənin inciməsi, küsməsi artıq heç bir rol oynamayacaq...

Bəli, Kəramətlə  birgə başladığımız ədəbiyyat yolunun sağına, soluna, önünə, arxasına çox diqqət  yetirmişəm, bu da səbəbsiz olmayıb. Təbii ki, səbəb də Kəramətin sözü, qələmi  olubdu. Görmüşəm ki, Kəramət hansı ovqatda, hansı maddi durumda olmasından   asılı olmayaraq, sözə qarşı diqqətini, həssaslığını, sevgisini bir iynə ucu  boyda da olsa azaltmayıb. Əksinə, yazdığı, oxuduğu, qarşılaşdığı hər təzə sözə,hər təzə fikrə qarşı ürəyi atlanıb. O sözün müəllifinin kim olmasından asılı  olmayaraq, Kəramət hər doğulan yeni söz üçün sevinibdi. Ona görə də onun ruhuda, düşüncələri də, elə sevgisi də tər qalıbdı.Həmin o tər sevgidən doğulan və indi mənim yazı masamın üzərində olan"Xatirə muzeyi (Adam)” kitabını hardasa 10-15 gündür ki, gözdən keçirirəm. Özüdə tam səmimi etiraf edim ki, bu kitabı hələ oxuyub başa çıxmamışam. Elə imkan  düşdükcə kitabı açıram və həmin səhifədəki şeiri oxuyub yenidən  qatlayıram. Və görürəm ki, Kəramət mənim düşündüklərimi, mənim duyduqlarımı, mənim   yaşantılarımı özünün şeirinə çevirib. Və yazıb ki:

 

Canım, "dərdədöz” demirəm,

Dözümdən yuxarı  durmusan.

Nə azardı sözlə  çıxmır,

Sözümdən yuxarı  durmusan.

 

 

Daşı da görən-duyanvar,

Hər ağızda bir dua var.

Hər izin əkiztayı var,

İzindən yuxarı  durmusan.

 

 

Qarğıyacaq Tanrım səni,

Söküm, yenə  qurum səni.

 

Axı, kimə verim  səni,

 

Özündən yuxarı durmusan.

 

 

 

Şeirin altında  yazılma tarixi göstərilib – 1980-ci il. Elə həmin o tarixin özü də mənim üçünbir işarədir – dənizdən görünən işarə kimi. Deməli, dostum Kəramətin saxlan  cıqiymətli yatırımlarla zəngindir. Bax, bu şeir kimi. O şeirin qatlarında hər kəsinözündən, sözündən, varlığından yüksəkdə dayanmasının təkcə tərənnümü yox, həm də   təqdimatı ifadə olunubdu. Ona görə də Kəramət öz qəhrəmanını bir kimsəyə verə  bilmir. Axı həmin qəhrəman özü-özündən  yuxarıdadı.

 

Kitabın daha bir  səhifəsini açıram. Sərbəst vəzndə yazılmış bu şeir hardasa söylənən bir xatirəni  göz önündə canlandırır. Çünki bu şeirin qəhrəmanı keçmişdə qalan bir adamdı.Keçmişdə qalanların hamısı olmasa da, müəyyən bir hissəsi bizim üçün xatirəyə  çevrilib. Bax, elə bu adam kimi:

 

- Alo, alo

Cavab versənə

- Mənəm e, mənəm,

40 ilin otayından

Keçmişdən gələnadam.

- Sən Kə-ra-mət-sən,KƏRAMƏT

Səsinin nəfəsindəntanıram səni.

Susmağından belə...

Ömrümün elçidaşında oturub

səni gözləyirəm.

Harda qalmışdın,ay zalım

- Gəldim,canım-gözüm, gəldim!

 

İlk baxışdan bu  şeirdə fərqli nə olduğunu bəlkə də başqaları görməyə bilər. Amma mən bu şeiri   iki dəfə oxudum. Və gözümün önünə gətirdim ki, Kəramət söz cığırı ilə gəldiyi  40 ili çox ustalıqla, özünün etibarlı, sədaqətli oxucusuna mesaj edib. Seyrək   görünməsini qeybə çəkilmək yox, xatırlanmaq üçün seçib. Və bu seçimdə də haqlıolubdu. Axı o, ilk sözüylə, nəfəsiylə 40 il əvvəlki Kəramət olduğunu dərhal   oxucusunun yadına salıb, onu gözləyənləri sevindirib. Ona görə də həmin osevinci "gəldim, canım-gözüm, gəldim!” deməklə şərəfləndirib, bölüşüb,özününküləşdirib.

Oxuculara bu  ilin payızında, yəni hardasa bir ay olar ki, təqdim edilən "Xatirə muzeyi(Adam)” kitabı qəribə bir şeirlə açılır  üzümüzə. Bu şeirin adı çox sadə və bəlli bir gerçəklikdir. Hər kəs bilir ki,qurumuş ağacları sulamazlar. Bu gerçəyi poetik müstəviyə gətirmək, şairin baxış  bucağı altına salmaq istedad və qabiliyyət tələb edir. Allah da bu istedad və  qabiliyyəti Kəramətə verib. Ona görə də həmin qurumuş ağacın canındakı yanğını,onun rişələrindəki qanı görmək doğrudan da çox maraqlı bir tapıntıdır. Şair  qardaşımın qəhrəmanının diliylə söylədiyibu məqamı sizin də diqqətinizə çatdırıram.

 

Açıldı sabah,

əlində balta

yeridi quruyan   ağaca sarı.

Elə yeriyirdiki,

axşama çatardı  on addım yolu.

Gözündən yaş,

baltadan qan  damcılayırdı –

balta qanağlayırdı.

 

Hə, zənnimcə,burda şərhə yer qalmır. Sadəcə duymaq, həmin ağacın taleyini öz taleyinətransfer etmək və ağaclaşan ömrün aqibətini düşünmək yetər. Bax, onda köməyəmütləq Kəramətin "Quş dimdiyi” şeiri gələcəkdi. Özü də qəfil, gözlənilməyən birməqamda:

 

Əllərin əldeyil, quş dimdiyidi

Çör-çöpdaşımışam, yuva qurmuşam.

Atılan gülləni,daşı "basdırıb”

dönmüşəm yanınaarvad-uşağın.

 

Düşünürəm ki,şeirin bu kiçik parçası artıq oxucuda şairin təqdim etdiyi fikirlə yanaşı,durumun özünə də dərhal yeni baxışı tutabilir. Çünki şair əllərini quş dimdiyinə bənzətməklə təkcə poetik fikri ifadəetmiş olmur. O həm də quş dimdiyi olan əlləriylə civildəşən quşcığazlara dən daşıdığını, dən qazandığını,dən topladığını və bunun üçün də tarana getdiyini söyləməkdən belə çəkinmir.Bax, bu artıq mənə görə poetik tablodu.

Başqa birşeirində Kəramət vurğulayır ki, onun heç harda yeri yoxdu. Amma bu "yeriolmamaq” şair sözüdü. Ona hamı inanmaya bilər. Mən isə inanıram. Çünki Kəramətbir şair olaraq öz sevgisini o qədər pak, həm də müqəddəs bir formada, biçimdəgörür ki... həmin görünən sevginin təbii ki, cılız məkanda, dar müstəvidə, lapelə bu Yer üzündə yerinin olmaması orijinal bir gerçəklik kimi qəbul edilməlidir.Necə ki, mən bunu belə də qəbul edirəm. Kəramət yazır ki:

 

Sənin Mən yerinvar, mənim Sən yerin,

Özümün özümdəndönən yerim yox.

Qulaqlarkardısa, laldı hər tərəf,

Qadası, mənim dədinən yerim yox.

 

 

Yüz səni Bircəyə,Birə dəyişdim

Ömrü girov qoyub  Sirrə dəyişdim.

Yerimi göylərdənYerə dəyişdim,

Daha Yerdən yerə  enən yerim yox.

 

 

Ay Yerin uşağı  hardan gəlirsən,

Bələkdən gəlirsən,gordan gəlirsən.

Əvvəl-axır   birdi, Birdən gəlirsən,

Diri bir, ölü  bir...

Ölən yerim yox.

 

Bəli, mən Kəramətinbir neçə şeiri barəsində yeni kitabını əlimdə əsas tutaraq oxucu fikirlərinisizinlə bölüşdüm. Amma elə bilirəm ki, bu hələ başlanğıcdı. Çünki Kəramə  tkitabında müxtəlif illərin şeirlərini toplamaqla oxucunu zaman körpüsündən  sağa-sola keçirir. Bu körpü illəri bir-birinə bağlasa da, amma hərdən adamı  dayanmağa, elə körpünün  üstündəcə oturub düşünməyə  məcbur edir. Çünki   kitabın adı "Xatirə muzeyi (Adam)” olduğundan ordan, yəni o muzeydən bir səs gəlir:

 

O ev daha ev deyildi,

Xatirə muzeyidi.

Muzey bələdçisi– Kişi

Yaşanan ömrün səsiydi.

Səsini unudub   getmişdi Qadın.

Bir də ki, kölgəsini   unutmuşdu zalımcasına.

Kölgəparam-parça

Qadın səsi  ayağıyalın, payi-piyada,

- Mənim yerimdə

başqa qadınla  yatma,

E-Şİ-DİR-SƏN-Mİ?

(Bu səsi eşitməmək  olar, zalımın qızı).

İndi siz də  eşidin Kəramətin "Xatirə muzeyi (Adam)”-dan dünyanın qapısını döyən səsini.Görün eşitməyə biləcəksinizmi?

TƏQVİM / ARXİV