“Paşinyanın danışıqların nəticəsindən məmnunluğunun səbəbi budur”

Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycan Prezident İlham Əliyevlə təmaslardan və danışıqların nəticələrindən məmnun olduğunu bildirib. O həmçinin sülhə gedən yolun institusionallaşdırılmasından da məmnin olduğunu bildirib və qeyd edib ki, sülh faktdır.
Məsələylə bağlı Adalet.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, tərəflər bir-biri ilə normal dialoq qurduqlarına görə o bu cür açıqlama verib:
“Paşinyan ona görə məmnunam deyir ki, tərəflər bir-biri ilə vaitəçisiz, normal görüşə, söhbət edə və qarşılıqlı problemlərin həllinə yönələn məsələləri aradan qaldırır. Yəni bu xüsusi əhəmiyyət daşıyır. Artıq iki lider bir-biri ilə dialoq qura, təmas yarada və bir-birinin fikirlərini dinləyə bilirlər. Hətta komandalarına tapşırıq verir və ikili münasibətləri həll etmək üçün nə lazımdır onu həyata keçirirlər. Bu Kopenhagen, Vaşinqton və digər görüşlərdə də belə oldu. Paşinyan bilir ki, hansı ritorikanı istifadə edirsə, onun arxasındadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Prezidentin təsdiqlədiyi yeni Komissiyanın tərkibinə kimlər daxildir?

Gələn il xərclər və gəlirlər nə qədər olacaq? - Milli Məclisdə müzakirə ediləcək

Bəhreyndə səfirlik təsis edildi - SƏRƏNCAM

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub

”100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin”

Cihangir İşbilir: Türkiyə-Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir

Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı
