adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2014 12:31
8658
KRİMİNAL

Keçmiş direktor müavini həbs olundu

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiqdirektor müavini həbs edilib.

Adalet.az APA-yaistinadən xəbər verir ki,Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumatagörə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 64 Əliyev Ələmdar Müzəffərtutulub.

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, Ə.Əliyev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavinidir. Hələ 2013-cü ildə onun qanunsuzhərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuroryanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmazamanı kollecin direktor müavini Ələmdar Əliyevin qulluq mövqeyindən istifadəetməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarınıkollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5 200 manat məbləğində pul vəsaitinialaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayətişi başlanıb.

Bu ilin fevralında Ə. Əliyevin cinayət işibaxılması üçün məhkəməyə göndərilib. Lakin Məhkəmə Ə. Əliyevi həbs etməyib.Bundan narazı qalan şikayətçilər yenidən onun qanunsuz əməlləri barədə vəsatətqaldırıblar. Bunun əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib və barəsindəaxtarış elan olunub.