adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 11:44
1617
KRİMİNAL

Oğurladıqları kartla alış-veriş etdilər

Aprelin 27-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin bank kartının oğurlanması və marketlərin birində kartından 279 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsinin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən Akif Əliyev, Səbuhi Əliheydərov və Sərdar Şükürov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.