adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 May 2024 15:32
508
DÜNYA

Kılıçdaroğlu üçün həbs cəzası istənildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu üçün həbs cəzası istənilib.

Bu barədə prokurorluq xəbər yayıb.

Bildirilir ki, Kılıcdaroğlunun Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyinin sabiq rəhbəri Ərdoğan Bayraktarın ünvanına söylədiyi fikirlərə görə mühakimə olunduğu işdə rəy açıqlanıb.

Prokurorluq CHP-nin keçmiş sədri “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 2 il 4 aya qədər azadlıqdan məhrum olmasını tələb edib.