adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 May 2024 09:43
1615
KRİMİNAL

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd “iPhone” markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə  əvvəllər məhkum olunmuş Abdulla Abdullayev saxlanılıb. Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də “Samsung” markalı mobil telefon oğurladığı müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.