adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 May 2024 15:48
803
GÜNDƏM

Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni  tarixi yurdu hesab edir"

"Aprelin 18-də Azərbaycan Prezidenti yanında Sosial Araşdırmalar Mərkəzi Ermənistan Respublikası ilə bağlı sorğular dərc edib".

Adalet.az xəbər verir ki, Bu barədə Arman Tatoyan məlumat yayaraq bildirib ki, Ermənistanla bağlı sorğularda yaşayış məntəqələrimiz azərbaycanlı adları altındadır:"96,2% “Zəngəzur, İrəvan və Göyçəni” (Sünik, İrəvan və Sevan) Azərbaycanın tarixi torpaqları hesab edir.
58,1% "Qərbi Azərbaycan"a yaxın 5 il ərzində, 19,9% isə 5-10 il ərzində qayıdışın olacağına inanır.

76,9 faiz hesab edir ki, “Qərbi Azərbaycan”a qayıdış Zəngəzur tunelinin açılışı ilə sıx bağlıdır.
61%-i “Qərbi Azərbaycana” qayıdışın uğurunun açarının tarixi yaddaşın bərpası olduğunu, 32,4%-i dini və mədəni dəyərlərin təbliği, 18,4%-i isə media təbliğatının olduğunu bildirib.

Ən çox 57,9%-i “Güçay rayonu”na (yəni Sevan), 37,5%-i “Güçay” gölünə, 43,9%-i “Zəngəzuri rayonuna”, 40,6%-i dini abidələri görmək üçün getmək istəyir. 29,6% - "İrəvan" (yəni İrəvan), 28,3% - Göy məscid.
57,5%-i “Qərbi Azərbaycan”ın (yəni Ermənistan ərazisinin) tarixi-mədəni irsinin məscidlərlə, 24,2%-i Ağvanan məbədləri ilə, 30,0%-i İslam müqəddəs yerləri ilə və s. zəngin olduğunu bildirib.

Bu sorğular Azərbaycan dövlət siyasətinin istiqamətlərini ifadə edir və bu, əslində Azərbaycan hökumətinin mövqeyidir. Həmişə olduğu kimi, ictimai rəy adı altında Ermənistana qarşı təcavüzkar və aqressiv siyasəti qanuniləşdirirlər. Bütün bunlar Azərbaycan hakimiyyətinin anti-erməni siyasətinin tərkib hissəsidir.

Amma burada önəmli olan odur ki, Azərbaycan hökuməti öz əməllərini qanuniləşdirmək üçün mövcud olmayan tarixi faktları uydurur, Ermənistan hökuməti isə bizim sırf bizim xeyrimizə olan real mövcud tarixi faktları müasir şərtlərlə ziddiyyət təşkil edir".

İndi biri bu qaraçı kökənli haya başa salsın ki, məsələn, adını Vardenis qoyub erməniləşdirdiyiniz Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında mahal olub... Hələ Çar Rusiyası hayları Qafqaza yığmamışdan əvvəl- 1813-1828-ci illərə qədər burada azərbaycanlılar yaşayıb.

Daha dəqiq isə rusların və ermənilərin birgə 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. Rəqəmi az göstərməyə çalışan rusların və ermənilərin məqsədi bəlliydi. Amma o da var ki, siyahı bu kənddə əvvəl azərbaycanlıların yaşadığını təsdiq edirdi. 1831-ci ildən çox sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasən) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada ermənisiyahıyaalmasına görə, 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır. 1969-cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Təbii ki, ermənilərin tərtib etdiyi bu siyahı saxta idi.  1829–1832-ci illərdə məşhur fransız səyyahı və etnoqrafı qafqazşünas alim İvan Şopen tərəfindən aparılmış kameral siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahı ermənilərin və rusların siyahısını alt üst edirdi:Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkəndi), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd, Heyranıs, Atamxan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş, Əyricə, Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu), Nərimanlı, Gölkənd (Qaraqoyunlu dərəsi).

1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycə ərazisində dağıdılmış kəndlərin siyahısı:Buğdatəpə, Hacımumuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansara, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansara, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar, 19 kəndin adı unudulub.

Bütün bu faktlar sübut edirdi ki, Göyçə, Dərələyəz və digər erməniləşdirilmiş ərazilər azərbaycanlıların qədim yurdu olub.

Bildiyiniz kimi, 1988-89 -cu ildə isə Azərbaycanlılar Ermənistan ərazisindən tamamilə çıxarılmışdı.


P.S.İndi əgər iddia edirsinizsə, erməni tarixi daha dəqiqdir. o zaman deyin görüm 1969-cu ilə qədər mahal niyə Göyçə adını daşıyıb və sizin murdar ayağınız ərazilərimizə dəyənə qədər Göyçədə azərbaycanlılar yaşayıb. Sübut edin də, sübut edin tarixinizi... Bir cə dəfə sözdən əmələ keçin ortaya fakt qoyun... Unutmayın, Zəngəzura Sünik , Dərələyəzə Ayotsdzor, Göyçəyə Sevan, Qəmərliyə Artaşat deməmişdən əvvəl onların qədim adlarını da yada salın.


Əntiqə Rəşid