İynədən ölən qadınla bağlı - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, Hacıqabul rayon sakini, 55 yaşlı İlhamə Rəhimova inyeksiyadan şoka düşərək vəfat edib.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 21:00 radələrində 1969-cu il təvəllüdlü şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
“Xəstə daxil olarkən, digər həkimin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib.
Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb. Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib.
Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb”.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43


Bakı -°C

