31 Oktyabr 2022 11:55
360
DÜNYA

İtaliyada Mussoliniyə rəğbət bəsləyənlər yürüş edib

İtaliyada diktator Benito Mussoliniyə rəğbət bəsləyənlər 1922-ci ilin oktyabrında faşist liderinin hakimiyyəti ələ keçirməsinin 100-cü ildönümünü “Qaraköynəklilər” adlı qrupla Romada yürüş edərək qeyd ediblər.

Mussolininin doğulduğu və məzarının yerləşdiyi Predappio qəsəbəsinə toplaşan 2000 nəfərə yaxın qrup faşist liderinin “Duce” kimi tanınan məzarı üzərinə yürüş edib. Qeyd edilib ki, qrup üzvləri tez-tez "Roma və ya nasist salamı" kimi tanınan sağ əlini şaquli və üfüqi qaldıraraq salamlaşıb Benito Mussolinin lehinə şüarlar səsləndiriblər.

Bildirilib ki, faşist lider Mussolininin nəvəsi Orsola Mussolini də anım yürüşündə iştirak edənlərə təşəkkür edib.

İtaliyada sentyabrın 25-də keçirilən ümumi seçkilərdə Mussoliniyə və faşist dövrünə rəğbət bəsləyən ifrat sağçı Giorgia Melonun rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyası qalib gəlib. Meloni və onun rəhbərlik etdiyi sağçı ittifaqın Mussolininin Romaya tarixi yürüşünün 100-cü ildönümünə təsadüf edən oktyabrın 22-də sağ koalisiya hökumətini qurması maraqlı bir təsadüfdür.

Giorgia Meloni oktyabrın 25-də parlamentdə etimad səsverməsindən əvvəl etdiyi çıxışda “demokratik olmayan rejimlərə heç vaxt rəğbət bəsləmədiyini” ifadə edərək, 1938-ci ildə qəbul edilən irqçi qanunları İtaliya tarixindəki ən aşağı səviyyə kimi qiymətləndirib. 

 

Eminquey