Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulub?

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, DİM imtahanların məzmununda hər hansı dəyişiklik olanda, 2 il öncədən məlumat verir.
O qeyd edib ki, ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında essəyə minimal bal tələbi qoyulsun.
N.Əliyev həmçinin magistraturada təhsil alan şəxslərin həm də əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, yaxşı olar ki, universitetlərdə bu təhsil pilləsi üçün dərslər axşam saatlarında keçirilsin.
Digər Xəbərlər

MİQ üzrə müsahibədən keçməyən müəllimlərin NƏZƏRİNƏ!

Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

Tələbə krediti ilə bağlı müraciətlərin vaxtı açıqlandı

Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

I sinfə qəbulla bağlı 39 minə yaxın sorğu yerləşdirilib
