Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Adalet.az xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.
Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.
***
00:20
İyulun 15-də axşam saatlarında Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
Adalet.azxəbər verir ki, Mütvəlinin evində axtarış aparılacaq. Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq.
***
21:31
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.
Adalet.az xəbər verir ki, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurduğu iddia olunur.
Qeyd edək ki, o hazırda İstintaq Komitəsində dindirilir.
Digər Xəbərlər

Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir

BƏƏ Prezidenti Türkiyədə səfərdədir

Xamənei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü

Əkrəm İmamoğlu azadlıqdan məhrum edildi

Paşinyan nəqliyyat dəhlizlərinin açılmasından danışdı

"Sülh müqaviləsinin paraflanması ideyası var" - Paşinyan
