adalet.az header logo
  • Bakı -°C
18 Iyul 2021 17:50
18895
GÜNDƏM
A- A+

İslamın 5 şərti - Cemil Kılıç yazır

Mən də oxudum və bir xeyli düşündüm. Sizlərin də oxuyub düşünmənizi məsləhət görərdim.

Həmişə soruşardım ki, İslam coğrafiyası niyə belədir?

İslamın 5 şərti

İslamın 5 şərti, ya da Hz. Hüseyn nə üçün şəhid oldu?

Miladın 680-ci ilinin 10 oktyabr günü Kərbəlada böyük bir qətliam gerçəkləşdi. Bu qətliam İslam ümmətini dərindən sarsıtdı. Çünki İslam peyğəmbəri Hz. Məhəmmədin nəvəsi Hz. Hüseyn və yanındakı 72 silahdaşı Əməvi Ərəb İslam dövlətinin xəlifəsi Yezidin ordusu tərəfindən Kərbəlada amansızcasına qətl ediləndə İslamın doğuluşunun 70-ci ili idi. 

Bir din düşünün ki, doğulmasının üstündən hələ 70 il qədər qısa müddət keçə, o dinin peyğəmbərinin ən çox sevdiyi nəvəsi o peyğəmbərə iman etdiyi deyilənlər tərəfindən amansızcasına qətl edilsin. 

Baxın, İslam belə bir faciənin dinidir. İslam Kərbəla çölünə Hz. Hüseynlə birlikdə basdırılan məzlum bir dindir. 

Həqiqət budur ki, Kərbəlada qətl edin Hüseynin bədəni deyildi. Onda simvollaşan İslamın ta özü idi. İslam o gün orada əslində 73 dəfə qətl edildi. 73 şəhidin biri Hüseyn idi, digərləri isə onun və yaxını olan qardaşları, uşaqları, əmisi uşaqları və yol yoldaşları idi. Hər birinin şəxsində İslam bir dəfə daha qətl edilmiş oldu. 

Bəs yaxşı, nə idi İslam? Niyə qətl edildi? 

Əməvilər Kərbəla şəhidlərinin şəxsinfə İslamı qətl etməyi niyə çox istədilər? 

Axı onlar da İslama iman gətirdiklərinj iddia edirdilər. 

Onlar tarixə İslam peyğəmbəri Hz. Məhəmmədin ən yaxınlarını qətl edənlər olaraq keçsələr də, bizə görə, şəkk-şübhəsiz dinin özünü öldürdülər. 

Bunu başa düşmək üçün İslam üzərində qurulmuş beş ölməni yaxşı tanımaq lazımdır. 

Bəli, İslam beş ölkə üzərində qurulmuşdur. Biz buna İslamın beş şərti deyirik. 

Açıq-aşkar Quran ayələrilə ilk şərt ədalətdir. İkincisi əmanətdir. Üçüncüsü əhliyyət, dördüncüsü məsləhət, beşincisi isə məşvərətdir. 

Nə oldu? 

Təəccübləndinizmi?

Siz də elə bilirdiniz ki, namaz, oruc, həcc kimi ritualları sayacam?

Xeyr. 

Onlar İslamın şərti deyil
 
Şərt elə bir şeydir ki, o olmasa, onun təmsil etdiyi sistem də olmaz. 

Ədalət olmadan İslam olarmı? 

Əmanətə sədaqət olmadan İslam olarmı? 

İşi əhlinə vermədən, yəni əhliyyət olmadan İslam olarmı? 

Bir şəxsin, yaxud bir qrupun deyil, xalqın xeyrini düşünmədən, əsas götürmədən, məsləhət olmadan İslam olarmı?

Danışmaq, fikir alış-verişi, düşüncə azadlığı və məşvərət olmadan İslam olarmı? 

Dedilər ki, bunlar olmasa da, İslam olar. 

Yetər ki, namaz qıl, amma Müaviyyənin, Yezidin ədalətsizliyinə etiraz etmə!

Yetər ki, oruc tut, amma acın, yoxsulun halından xəbər tutma! Dövlət adamlarının lüks və dəbdəbə içində yaşamasını dərd etmə!

Yetər ki, həccə get cə Kəbəni təvaf et, amma fərqli düşünür, fərqli inanır deyə zalım iqtidarlar tərəfindən həbsə atılıb şəhid edilən İmamı Əzəm Əbu Hənifələri, sürgün edilib ölümə tərk edilən Əbu Zər Qəfariləri, qılıncla boynu vurulan Hucr bin Ədiyləri gündəmə gətirib əsla fitnə çıxartma!

Bəli, belə dedilər. 

Allahdan başqasına qul olmamağı, lazım gəlsə  sultana qarşı qiyam etməyi öyrədən müqəddəs namaz ibadətini hardasa iqtidar sahiblərinə itaət etmə ritualına çevirdilər. 

Eyni şeyi orucda, həccdə də reallaşdırdılar. 

Allah ehtiyacdan artıq olanı yoxsullara verməyi buyurduğu halda, zəkatı qırxda birə endirdilər. 

Saraylar tikdilər. Sərvətlərinə sərvət qatdılar. Əzdilər, sümürdülər, taladılar, yoxsulun və xalqın iliyini əmdilər. Özləri dünya nemətlərinin keyfini çəkdilər, yoxsul möminlərə isə o biri dünyadakı cənnət xəyalını verdilər. 

Hesab vermədilər. Hesabı axirətə həvalə etdilər. 

Nəticədə Məhəmmədi, İslamı yerlə yeksan edib yeni bir din yaratdılar. 

Yaratdıqları din "əslində İslamdan öncəki şirk dininin İslam maskası geyindirilmiş halı"ndan ibarətdir. 


CEMİL KILIÇ
İLAHİYATÇI YAZAR

Dilimizə uyğunlaşdıran: Eminquey