WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək.
Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma – Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək.
WUF13-də dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri də iştirak üçün qeydiyyatdan keçib. Bu, Forumun qlobal şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının sessiyadakı iştirakı da yüksək səviyyədə olacaq. Şəhərsalma Sərgisində 42 vətəndaş cəmiyyəti təşkilatı və fond təmsil olunacaq.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar bu günədək olan informasiyadır. Rəqəmlər dəyişə bilər.
Onu da xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbir çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsal transformasiya və inklüziv urbanizasiya məsələləri müzakirə olunacaq.
Digər Xəbərlər
27 Iyun 2026 17:00
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı - VİDEO
27 Iyun 2026 16:43
"Təhsil möhlətlərinin əsasında xidmətdən yayınma korrupsiyaya şərait yaradır" - General
27 Iyun 2026 14:15
AZAL Naxçıvan reyslərini ləğv etdi
27 Iyun 2026 13:40
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
27 Iyun 2026 10:16
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
27 Iyun 2026 10:11
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
26 Iyun 2026 22:15
Mürsəl İbrahimov: “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - VİDEO
26 Iyun 2026 21:40


Bakı -°C

