Bu gündən etibarən Çinə vizasız gedə biləcəyik

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minib.
Adalet.az xəbər verir ki, sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
Digər Xəbərlər

Paşinyan: Əbu-Dabidəki görüş Azərbaycanla müsbət nəticələr verə bilər

Spiker Berdiməhəmmədovla görüşdü

İpoteka qaydalarında dəyişiklik edildi - FƏRMAN

"İki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır" - Prezident

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTOLAR

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

Berdiməhəmmədov Azərbaycana gəldi
