adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Iyul 2018 10:32
59899
LAYİHƏ

İlk dəfə dəniz görən şagird, ən böyük imtahan... - DƏRS OTAĞI

"Dərs otağı” adlılayihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri,şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz.Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə"uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin budəfəki qonağı İsmayıllı rayon İstisu kənd tam orta məktəbininmüəllimi Şahid Muradlıdır.


Qısa tanışlıq

1990-cı il 14yanvar tarixində Bakı şəhərində doğulmuşam. 6 gün sonra Azərbaycan tarixindəqəhrəmanlıq səhifəsi olan 20 yanvar hadisələri baş verir. Əmim bu şərəflitarixə şahidlik etdiyim üçün adımın Şahid olmasına qərar verir. 2015-ci ilQafqaz Universitetindən məzun olduqdan sonra müəllimlərin işə qəbuluimtahanından keçərək Bakıdan İsmayıllı rayon İstisu kənd tam orta məktəbindəibtidai sinif müəllimi kimi fəaliyyət göstərmək üçün bu kəndə gəldim.



Unutmadığım sözlər...

Böyükəmilərim müəllimdir. Müəlim olmağımı isə valideynlərimin istənilən qərarımdayanımda olmalarına və məni dəstəkləmələrinə borcluyam. Atam hər zamanixtisasdan aslı olmayaraq seçdiyim peşəyə mükəmməl yiyələnməyimi məsləhət görüb.Bu sözləri heç vaxt unutmamağa çalışırdım. Valideynlərimdən sonra üzərimdə ənböyük əməyi olanlar isə təhsil aldığım Qafqaz Universitetinin müəllimləridir.Əjdər Ağayev, Bayram Gündoğdu, Cəmil Məmmədov, İsa Qasımov, Arzu Yusifqızı,Şaiqə İsgəndərova, Tovuz Abbasova, Ülviyyə Ağayeva bizə ixtisasımızısevdirdilər. Hər gün sinif jurnalı ilə dərs otağına daxil olarkənmüəllimlərimin, valideynlərimin məsləhətlərini xatırlayır, onların başını ucaedəcək işlər görməyə, Azərbaycanın gələcəyini daha da güclü edəcək gəncləryetişdirməyə çalışıram.


"Tikilən hər məktəb, bir həbsxananın bağlanması”deməkdir...

Artıq 3 ildirməzun olmuşam və ilk təcrübəm də elə buradan, İsmayıllıdan başlanır. Məzmunstandartları, təhsildə qarşıya qoyulan məqsəd, proqramlar, dərs vəsaitləri ölkəərazisində istisnasız olaraq hər yerdə eyni qaydadadır. Sadəcə ucqar kəndlərləşəhər məktəblərində avadanlıqlar arasında fərq var. Odun sobaları iləqızdırılan siniflərin romantikası təbii olaraq başqadır. Bəzi ucqarlarda isətəmir və məktəbin şəraiti baxımından şəhər məktəbləri ilə müqayisə olunmayacaqdərəcədə kəskin fərq olur. Zamanla həmin məktəblərin təmiri və yenidənqurulması üçün addımlar atılır. İnanıram ki, yaxın gələcəkdə bu sahədə problemqalmayacaq. Axı "Tikilən hər məktəb, birhəbsxananın bağlanması” deməkdir. Mənim fəaliyyət göstərdiyim məktəbin isəucqarda yerləşməsinə baxmayaraq avadanlıqlarla təminatı heç də zəif deyil.Məktəb şagirdlər üçün kompüterlərlə, internetlə və müasir metodların tətbiqinəimkan verən promethan lövhə ilə təmin olunub. Amma çox yaxşı olardı ki, keçiriləntədbirlərin daha rahat təşkili üçün isə akt zalı olsun. Çünki məktəb tədbirlərişagirdləri sosial aktivliyində mühüm rol oynayır.


Evdə yer tapmıram

Övladlarımolsalar, ancaq bu qədər çox istərdim onları. Birlikdə keçirdiyim hər an özəldirmənim üçün. Dərs prosesində rəğbətləndirmə olduğu kimi, cəzalandırma da olur.Bunu isə şagirdlər özü edir. Sinifdə yaradılan guşədə şagirdlər özünüqiymətləndirmə zamanı zəif olduqları məqamlarda qazandıqları ulduzlarıçıxarırlar. Bu onların əziyyətlə qazandıqlarını öz hərəkətlərinə görə itirməsideməkdir. Və bu yolla ən böyük nəticələri özləri çıxarır. Məktublardan isə evdəyer tapmıram. (gülür) Hər bir şagirdimin öz əlləri ilə yazdıqları, karandaşlarıilə boyadıqları məktubların hər səhifəsi, hər sətri mənim üçün əzizdir.


Duyğu dolu şagirdlər

İlk iş günümdə2-ci sinif şagirdim Ayişəm mənə yaxınlaşıb, dedi: "Müəllim, qolumun düyməsini bağlayabilərsiz?” O an anladım ki, ibtidai sinif müəllimi olmaq tam fərqlitəcrübə olacaq. Başqa bir gün Aqşinim mənə nənəsinin bişirdiyi təndir çörəyinigətirmişdi. Bilmədim çörəyi dişləyim, ya ondan daha şirin olan uşağı. (gülür)

Digər bir gün tətilə çıxmazdan əvvəl sağollaşdıq, ayrıldıq. Uşaqlar evəyollandı. Məktəbdən çıxarkən şagirdlərin məktəb qapısında gözlədiklərinigördüm. Səbəbini soruşdum. Yenidən görüşmək istədikərini deyib boynumasarıldılar. Bakıya gələnə qədər bütün yol boyu həmin anları düşünürdüm.İnşallah bu körpələrin sevgisinə layiq olmağı bacararam.


Cəmiyyət cahilliyə məhkumdur

Bu prosesəsiyasi quruluşun dəyişməsi, sosializmdən kapitalizmə keçid öz təsirini kəskinformada göstərdi. İstənilən halda öz vəzifəsinin aliliyini anlayan müəllim bunüfuzun aşağı düşməsinə şərait yaratmaz. Təhsilə, elmə maraq göstərən cəmiyyətlərdəmüəllimə hörmət də üst səviyyədədir. Harada bunun əksi baş verirsə həmincəmiyyət cahilliyə məhkumdur. Nəzərə alsaq ki, cəmiyyətin üzvləri elə bizmüəllimlərin şagirdləri və tələbələridir, bu nüfuzu yüksəltmək də özəlimizdədir.


Layiqli peşə

Ayrı-ayrıfərdlərin bunun əksini deməsi həqiqəti dəyişə bilməz. Həqiqətən də müəllimlik müqəddəspeşədir. Sadəcə bu peşəyə layiq olmaq gərəkdir. Fransızlar XVIII əsrdə kralLüdoviqi edam etməzdən öncə problem yaranmışdı. Kralın ali mərtəbədədayandığını və edamın mümkün olmadığı bildirilirdi. Ardınca isə bu fikrə etirazolaraq cavab verilir. "Ali olan kralın dayandığı məqamdır. Kral sadəcə buvəzifədə olan birisidir.” Günümüzdəmüəllimlik qədər şərəfli peşənin məsuliyyətini çiyinlərində daşıyan bizmüəllimlər müqəddəs olan bu məqama layiq olmalı və cəmiyyətə öz işimizlə örnəkolmalıyıq.


Məlumdur ki,zehni işlə məşğul olmaq insanı istənilən fiziki işdən daha çox yora bilir.Sadəcə gördüyümüz işin aliliyi və şagirdlərin timsalında alınan nəticələr bizəbu yorğunluğu unutdurur. Niyyətiuşaqları bütün problemlərdən uzaq tutmaq, rəngarəng dünyalarına kölgə salmamaq olanbir müəllim üçün problem ola bilməz, olmamalıdır. İnandığım tək şey var. "Ancaq zəiflər şikayət edər”

Uşaqlara şeir oxuyuram. Bunu mənim vəzifəm və şagirdlərin bədii təfəkküründəinkişafa nail olmaq məqsədim tələb edir. Hər həftə təşkil olunan sinifsaatlarında isə şagirdlər kitabxanadan götürdükləri kitablarıın məzmunu, əsərqəhrəmanlarına münasibətlərini barəsində sinif qarşısında çıxışlar edirlər. Təbii olaraq daha çox onlarınmütaliəsinə diqqət edirəm. İki şagirdim, Səbuhim və Ayişəm bu il şeirmüsabiqəsində mükafatçı olmağı bacardılar.


Ən böyük imtahan

Birvalideyndən öz övladlarından ən çoxhansını sevdiyi soruşulduğundasağalana qədər xəstə olanı, böyüyənə qədər ən kiçik olanı sevirəm deyər.Şagirdlərimdən dərslərində geri olanı məni onunla daha çox çalışmağa sövq edir.Valideynini itirmiş şagirdlərim var. Hansı ki, ailəsi övladına çox böyük həssaslıqlayanaşır və onun tərbiyəsində əlindən gələni edir. Şagirdlərimə bunu hiss etdirməsəmdə o uşaqların ürəyimdə xüsusi yeri var. Və yaxın günlərdə öz məktəbliqardaşını itirən şagirdim var. Təsəvvür edin hər gün böyük qardaşının əlindəntutaraq məktəbə gələn bu qız indi hansı hislər keçirir. Ona bu çətin günləriniunutdurmaq asan olmasa da möcüzəvi şəkildə dərsə adaptasiyasını, üzündəkitəbəssümü, sinifdə aktivliyini bərpa edə bildik. Bu günləri 3 illik təcrübəmdəən böyük imtahanım hesab edirəm. 


Ekskursiya

Kəndə ilkgəldiyim il dərs zamanı şagirdlərimdən heç birinin Şəhidlər Xiyabanındaolmadığını öyrəndim. Elə həmin an onların Bakıya ekskursiyasını təşkil etməyiqərara aldım. Amma necə? Bu qədər məsafəni azyaşlı uşaqlarla yola çıxmaq oqədər də asan olmayacaqdı. Bu haqda fikirlərimi məktəb rəhbərliyinə,şagirdlərimin valideynlərinə bildirdim. Dəstəklərini aldıqdan sonra, ekskursiyadan əvvəl 1ay ərzində hər həftəsonu Bakıya gəldim. 


Ekskursiya zamanı gəzəcəyimiz yerləri dəqiqləşdirdim. Hətta hansı saatda haradaolsaq tıxacdan uzaq olarıq, diqqət etdim. Amma ən əsası şagirdlərimi məzunuolduğum Qafqaz Universitetinə gətirdiyim zaman burada olan müəllimlərimlə görüşünuyğun olmasını dəqiqləşdirməliydim. Müəllimlərim yenə də bütün yükü çiyinlərinəgötürmüşdülər. Universitet ziyarəti şagirdlərimin xüsusi yaddaşında qaldı. İlksəfərimiz isə and yerimiz olan Şəhidlər Xiyabanına oldu. Bir müəllim kimi hərbir azərbaycanlının öz övladını buraya gətirməyə borclu olduğunu düşünürəm. İnanıramki, ucqar kənddən gələn bu azyaşlıların ziyarəti şəhidlərimizin ruhunu şadetməyi bacardı. Ardınca Dənizkənarı Milli Parkda olduq. Bəzi şagirdlərim ilkdəfə dənizi görürdülər. Bu hissi yaşamağın, yaşatmağın nə demək olduğunu isəsözlə təsəvvür etmək mümkün deyil...


"Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla” 

Dərs zamanımüəllim kimi əsas vəzifələrimdən biri şagirdlərimin əlvərişli dərs mühitinitəşkil etməkdir. İlk iş günümdən etibarən şagirdlərin dərsə motivasiyasınıartırmağa, sinifdə rəqabət mühitini formalaşdırmağa çalışıram. Şagirdlərimləbərabər "Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla” adlı layihəbaşlatdıq. Yeniliklərə hər zaman açıq olan məktəb rəhbərliyinin tam dəstəyi isəmənə əlavə stimul verdi. Bu layihə çərçivəsində sinif divarını, döşəməsini,parta və oturacaqları boyadıq. Sinif otağınışagirdlərimlə bərabər boyamağı daha məqbul hesab etdim. Çünki beləcə şagirdlərməktəbin bizim ikinci evimiz olduğunu həqiqətdə hiss edəcəkdilər. 


Otaqlarını özdünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də özişlərinin bəhrəsini özləri qoruyacaqdılar. Bundan əlavə isə sinif divarındauşaqların özlərini qiymətləndirəcəyi guşələr hazırladım. Ağac budaqlarında yerləşdirdiyim şagirdlərinfotolarına onlar özləri dərsdə fəallıqlarına və nizam-intizam qaydalarına əməletmələrinə görə ulduzlar, bayraqlar və gerblər yerləşdirirlər. Bu, onlarınözlərini əyləncəli formada qiymətləndirməsinə şərait yaratdığı kimi mənə dəonların dərslərinə olan həvəslərini artırmaqda kömək edir. Sonda isə qarşılaşdığı hər çətinlikdənşikayətlənən, ətrafında olan problemləri qabardan insanlara mesaj verməkistədim. "Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.