II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
İmtahan saat 10:00-da başlanır.
II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.
Digər Xəbərlər
16 Iyun 2026 12:20
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır
16 Iyun 2026 11:07
Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
14 Iyun 2026 13:23
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
13 Iyun 2026 12:38


Bakı -°C

