Magistratura imtahanının cavabları açıqlandı
Dövlət İmtahan Mərkəzi Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Adalet.az-ın xəbərinə görə, imtahan nəticələri ilə rəsmi məlumat vasitəsilə tanış olmaq mümkündür. Bakalavrlar nəticələri həmçinin mobil operatorlar vasitəsilə də öyrənə bilirlər. Bunun üçün iştirakçılar “iş nömrəsi”ni qısa nömrə olan 7727-yə göndərməlidirlər. Xidmət Azercell, Bakcell və Nar istifadəçiləri üçün əlçatandır.
Qeyd edilib ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – təxminən 6 həftə ərzində açıqlanacaq. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə maksimum 95 bal, esse üzrə isə 5 bal toplaya bilirlər.
Apellyasiya müraciətlərinə isə yekun imtahan balı elan olunduqdan sonra baxılması mümkün olacaq.
Digər Xəbərlər
16 Iyun 2026 12:20
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır
16 Iyun 2026 11:07
Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
14 Iyun 2026 13:23
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
13 Iyun 2026 12:38


Bakı -°C

