adalet.az header logo
  • Bakı -°C
19 May 2026 09:56
67
ELM VƏ TƏHSİL
A- A+

“Namizədlərinin maraqlarının ön planda tutulması vacib idi...”

Xəbər verdiyimiz kimi, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu haqda Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Adalet.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli açıqlaması zamanı qərarı təqdir etdiyini bildirib.

“Qərarını təqdir edirəm. İmtahan günü yaranan çətinlikləri nəzərə alaraq, abituriyent və magistratura namizədlərinin maraqlarının ön planda tutulması vacib idi. Bu qərar göstərdi ki, belə həssas məsələlərdə imtahan iştirakçılarının mövqeyindən çıxış etmək, onların narahatlıqlarını dinləmək və obyektiv yanaşma sərgiləmək mümkündür”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN