Hər dəfə çəkilişlərə gedərkən qardaşının məzarını axtardı: Şəhid anasının 30 illik həsrəti bitdi - VİDEO
Şuşadan çıxdığı gündən ən böyük arzusu doğma yurduna qayıdıb şəhid oğlunun məzarını ziyarət etmək olan Fatma Qənbərovanın 30 il sonra bu arzusu yerinə yetib.
AzTV bu barədə süjet hazırlayıb.
F.Qənbərova bildirib ki, oğlunun məzarını tapıb ziyarət etmək həyat yoldaşının da arzusu olub. Amma İsrafilin qəbrini görmək onun yoldaşına qismət olmayıb, vəfat edib.
AzTV-nin operatoru olan İsrafilin qardaşı Elgün Qənbərov öz peşəsini yerinə yetirmək üçün dəfələrlə Şuşada olsa da, o da ilk dəfə olaraq qardaşının məzarını ziyarət edib.
E.Qənbərov Şuşada olarkən dəfələrlə qardaşının məzarını axtardığını bildirib.
Qeyd edək ki, İsrafil Qənbərov 1971-ci il avqustun 12-də Şuşada anadan olub. O, həqiqi hərbi xidməti müddətində 1991-ci il martın 14-də Əsgərana göndərilib. Pusquda duran ermənilər onun olduğu avtobusu güllə-baran ediblər. İsrafil aldığı güllə yarasından şəhid olub.
Daha ətraflı süjetdə:
Digər Xəbərlər
03 Oktyabr 2026 20:25
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
03 Oktyabr 2026 11:31
Bu ərazimizə qar yağdı: 10 santimetr
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52


Bakı -°C

